Kənani: Biz Qafqazda baş verən prosesləri həssaslıqla və ciddiliklə izləyirik
https://parstoday.ir/azeri/news/iran-i2072-kənani_biz_qafqazda_baş_verən_prosesləri_həssaslıqla_və_ciddiliklə_izləyirik
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: Biz Qafqazda baş verən prosesləri həssaslıq və ciddiliklə izləyirik.
(last modified 2026-04-08T07:08:49+00:00 )
Sen 11, 2023 09:21 Asia/Baku
  • Kənani: Biz Qafqazda baş verən prosesləri həssaslıqla və ciddiliklə izləyirik

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: Biz Qafqazda baş verən prosesləri həssaslıq və ciddiliklə izləyirik.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün (bazar ertəsi) həftəlik mətbuat konfransında deyib: İran şimal qonşuları ilə ortaq sərhədlərinin təhlükəsizliyinə həssasdır və əmin edirik ki, İranın sərhədləri təhlükəsizdir və biz Qafqazda baş verən prosesləri həssaslığla izləyirik.

Kənani əlavə edib: Biz həm Azərbaycan Respublikasının, həm də Ermənistanın hakimiyyət orqanları ilə əlaqə saxlayırıq, Ermənistan hakimiyyəti  yeni müharibənin ehtimalından narahatlığını bildirib, lakin Bakı hakimiyyəti İrana mesaj göndərib ki, onların hücum etmək niyyəti yoxdur son hərbi texnikanın daşınması qış mövsümünə hazırlığala əlaqədardır.