Nikzad: İran, regionun siyasi coğrafiyasının dəyişməsinə icazə verməyəcək
Iran-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Cənubi Qafqazda gərginliyin artmasına toxunaraq deyib: İranın bütün qonşuları bilməlidirlər ki, İslam Respublikası regionun siyasi coğrafiyasının dəyişməsinə icazə verməyəcək.
2020-ci ildə Dağlıq Qarabağda Ermənistan və Azərbaycan Respublikası arasında 44 günlük müharibədən sonra Rusiyanın vasitəçiliyi ilə iki ölkə arasında atəşkəs sazişi imzalanıb, sazişinin imzalanmasına baxmayaraq gərginlik hələ də iki ölkə arasında davam edir. tərəflər dəfələrlə bir-birini atəşkəsi pozmaqda ittiham edirər.
Regiondakı KİV-ə və sosial şəbəkələrdə yayılan məlumatlara görə, sentyabrın 5-dən etibarən Azərbaycan Respublikası Ordusunun qüvvələri tank və artilleriya bölmələrinin hərəkətinə başlayıb.
Bununla bağlı Iran-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Əli Nikzad bəyan edib ki, İran və Azərbaycan Respublikası bir-biri ilə geniş əməkdaşlıq tarixinə malikdir və İran İslam Respublikası çətin vəziyyətlərdə Azərbaycan Respublikasının yanındadır.
“Bu gün Bakı rəhbərliyi bu mehriban qonşuluq və tarixi əlaqələrin tarixinə diqqət yetirməli və beynəlxalq sərhədlərə hörmət etməlidir”
_ deyə Nikzad vurğulayıb
Nikzad əlavə edib, işğalçı və saxta sionist rejim İslam İnqilabından sonrakı illərdə həmişə İrana zərər vurmağa çalışıb, buna görə də İran, bu saxta rejimin ipi ilə quyuya düşmək istəyən hər kəsə münasibətləri davam etdirərək , mədəni və dini ortaqlıqlara hörmət etməklə yanaşı regionun geosiyasətinə hörmət etməyi tövsiyə edir.