İranın müdafiə naziri: Regionda müharibə olmayacaq
İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri Azərbaycan Respublikası ilə Ermənistan arasında yaranmış insidentlərə reaksiya olaraq bildirib ki, regionda müharibə olmayacaq.
2020-ci ildə Dağlıq Qarabağda Ermənistan və Azərbaycan Respublikası arasında 44 günlük müharibədən sonra Rusiyanın vasitəçiliyi ilə iki ölkə arasında atəşkəs sazişi imzalanıb, sazişinin imzalanmasına baxmayaraq gərginlik hələ də iki ölkə arasında davam edir. tərəflər dəfələrlə bir-birini atəşkəsi pozmaqda ittiham edirər.
Region KİV-də və sosial şəbəkələrdə dərc olunan məlumatlara görə, sentyabrın 5-dən Azərbaycan Respublikası qüvvələrinin tank və artilleriya bölmələri hərəkətə keçib.
İran Silahlı Qüvvələrinin Müdafiə və Dəstək naziri Əmir Məhəmmədrza Aştiani çərşənbə günü İran Silahlı Qüvvələrinin Baş Qərargahında keçirilən son iclas və görüşlərə əsaslanaraq, Dövlət Heyətinin iclasında jurnalistlərə bildirib ki bu baxımdan İslam Respublikasının mövqeyi tamamilə aydındır və regionun geosiyasətində heç bir dəyişikliyi qəbul etmir.
İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri Qafqazda baş verən hadisələrin monitorinqinə toxunaraq vurğulayıb ki, hazırkı prosesin araşdırılması xüsusi bir şeyin baş verməyəcəyini göstərir.