Terrorçuların İraqla sərhəddə və ya İraq daxilində olmaları dözülməzdir
Terror qruplaşmalarının İraqla sərhəddə və ya İraq daxilində olmaları İran tərəfindən heç bir vəchlə dözüləsi deyildir. Bunu, İran prezidenti bildirib və əlaqədar razılaşmaların tam şəkildə icrası vacibliyinə təkid edib.
Cənab Rəisi dünən axşam İraq xarici işlər naziri Fuad Hüseynlə görüşdə bu ölkənin hökuməti və xalqının İmam Hüseyn(ə) zəvvarlarına səxavətlə ev sahibliyi etmələri və Hüseyn Ərbəini mərasimini əzəmətlə keçrilmələrini yüksək dəyərləndirib. O, bu mərasimin əzəmətlə keçirilməsində çadır sahibləri xüsusiyyət təşkil etməklə İraq xalqının ciddi-cəhdi, həmçinin Həşdüşşəbi və sərhəd qüvvələri, eləcə də İraq hökuməti nazirliklərinin əməkaşlıqlarını mühüm və təsirli adlandırıb.
Cənab Rəisi sonra tarixi, mədəni və dini əlaqələrin kənarında İraqın ərazi bütövlüyü və müqəddəslərin hərəmlərinin müdafiəsində general-leytenant şəhid Süleymani və şəhid Əbu-Mehdi Əlmühəndis daxil olmaqla iranlı və iraqlı şəhidlərin qanlarının qovuşmalarını iki xalq arasında hər hansı ayrılığın rədd edilməsi və iki ölkə əlaqələrinin möhkəmləndirilməsində ən mühüm sənəd adlandırıb və belə deyib: İraq terrorçu İŞİD qrupunun mühasirəsi altında olan günlərdə İran İslam Respublikası bu ölkənin müdafiə edilməsi sahəsində əlindən gələni əsirgəmədi və sübut etdi ki, İran İraqın çətin günlərinin dostudur.
İraq xarici işlər naziri də öz növbəsində bu ölkənin prezidenti, baş naziri və İraq Kürdüstanı iqlimi başçısının səmimi salamlarını cənab Rəisiyə çatdırıb. O, iki ölkənin yüksək səviyyəli rəsmiləri və siyasi heyətlərinin ardıcıl görüşlərini genişlənməkdə olan, güclü və möhkəm İran-İraq əlaqələrinin nişanəsi adlandırıb və belə söyləyib: Bu gün iki ölkə əlaqələri iqtisadi, mədəni və siyasi əlaqələri aşıb keçib və iki xalqın İmam Hüseyn(ə)-a olan məhəbbəti hesabına, İran və İraq xalqları arasında şəxsi və ailəvi əlaqələrin şahidiyik və bu misilsiz əlaqələri qorumalıyıq.
Fuad Hüseyn sonra iki ölkənin/ təhlükəsizlik sahəsi də daxil olmaqla müxtəllif sahələrdəki müqavilələrinin icrası barədə məlumat təqdim və ölkəsinin bu müqavilələrə tam şəkildə sadiq olduğunu vurğulayıb.
İraq xarici işlər naziri deyib: İraq hökuməti heç bir vəchlə heç bir cərəyan və qrupa bu ölkə ərazisindən İran İslam Respublikası xüsusiyyət təşkil etməklə qonşuların sərhədlərinə qarşı təhdid və təcavüz həyata keçirmələri və ya İraq ərazisində yerləşmələrinə icazə verməyəcək.