Mossad rəhbərinin döyüşkən bəyanatlarından sonra İran sionist rejimə xəbərdarlıq edib
İranın BMT-dəki səfiri “Mossad” rəhbərinin döyüşkən bəyanatlarına cavab olaraq deyib: İran İslam Respublikası öz təhlükəsizliyini, milli maraqlarını və xalqını müdafiə etməkdən çəkinməyəcək”.
Əmir Səid İrvani BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı məktubda bildirib: İran İsrail rejiminin regionda sülh və təhlükəsizliyin pozulmasına yönəlmiş avantürist və dağıdıcı siyasətlərinə qarşı xəbərdarlıq edir və beynəlxalq qanunlar və BMT Nizamnaməsinə uyğun olaraq öz hüquqlarını qətiyyətlə müdafiə edəcəyini və istənilən təhdidlərə cavab verəcəyini bəyan edir”.
İrvani əlavə edib: İran açıq şəkildə bəyan edib ki, öz təhlükəsizliyini və milli maraqlarını, eləcə də xalqını qorumaq üçün təbii və qanuni hüquqlarından istifadə etməkdən çəkinməyəcək”.
Məktubda deyilir: “İsrail rejimi rəsmiləri İranı və ölkəmiz rəsmilərini açıq şəkildə hərbi güc və terror hücumları ilə hədələməyə davam edir. Bu açıqlamaların sonuncusu Mossad direktoru David Barnia tərəfindən verilib.
Səid İrvani yazıb: O, 2023-cü il sentyabrın 10-da Herzliyadakı Reichman Universitetinin Terrorla Mübarizə Siyasəti İnstitutunda (İKT) çıxışı zamanı İranla bağlı əsassız iddialar səsləndirdi və əlavə etdi ki, Mossad və xaricdəki beynəlxalq kəşfiyyat agentlikləri İranın yəhudilərə qarşı 27 hücumunun qarşısını alıb. David Barnia İranı güc tətbiqi və terror aktları ilə hədələyib və bildirib: Əgər yəhudilər əziyyət çəksələr, İsrail Tehranın mərkəzini vuraraq hücumun qərarını verənləri hədəfə alacaq”.
“İran bütün bu əsassız ittihamları qəti şəkildə rədd edir. Aydındır ki, bu cür əsassız iddialar ilk növbədə bu işğalçı və aparteid rejimin bölgədə yürütdüyü düşmənçilik və bəd niyyətli siyasətlərə xidmət edir, xüsusən də rejimin Fələstin xalqına qarşı hər gün davam edən cinayətlərini nəzərə alsaq. Bundan əlavə, bu qondarma ittihamlar İsrail rejimi tərəfindən digər xalqlara və suveren dövlətlərə qarşı törətdiyi dəhşətli və qanunsuz hərəkətlərə bəraət qazandırmaq üçün bəhanə kimi istifadə olunur”-deyə İranın BMT-dəki səfiri vurğulayıb.
Əmir Səid İrvani deyib: İran İslam Respublikası Təhlükəsizlik Şurasının öz öhdəliklərini yerinə yetirməsini və İsrail rejiminin regionun sülh və təhlükəsizliyinə ciddi təhdid olan döyüşkən ritorika və dağıdıcı fəaliyyətini pisləməsini istəyir. Bu rejimin beynəlxalq qanunlara əməl etməyə məcbur olması və regionda təhlükəli fəaliyyətinə son qoyması vacibdir.