Mübarək Rəbiül-əvvəl ayının başlanğıcı
https://parstoday.ir/azeri/news/iran-i2172-mübarək_rəbiül_əvvəl_ayının_başlanğıcı
Bu gün (bazar) hicri 1445-ci ilin mübarək Rəbiül-əvvəl ayının 1-idir.
(last modified 2023-09-18T06:04:33+00:00 )
Sen 17, 2023 05:47 Asia/Baku
  • Mübarək Rəbiül-əvvəl ayının başlanğıcı

Bu gün (bazar) hicri 1445-ci ilin mübarək Rəbiül-əvvəl ayının 1-idir.

Allah bütün aylarda və bütün günlərdə insanlara daim nemətlər bəxş etsə də, müsəlmanlar arasında bəzi günlər və aylar daha özəl xüsusiyyətlərə və xoşbəxtliyə malikdir.

Adından da göründüyü kimi, “Rəbiül-əvvəl” ayı ayların baharıdır; Bu ay şiələr arasında xoşbəxtlik ayı kimi tanınır.

İslam Peyğəmbərinin (s), şiələrin altıncı imamı İmam Sadiqin (ə) mövludu və şiələrin on ikinci imamı Həzrət Mehdinin (ə) imamətinin başlanğıcı bu ayda baş verib.

İslam İnqilabının Böyük Rəhbəri Rəbiül-əvvəl ayının fəziləti ilə bağlı deyiblər: “Rəbiül-əvvəl ayı sözün həqiqi mənasında həyatın rəbisi və həyatın baharıdır, çünki Bu ayda sevimli Peyğəmbərimiz Allahın Rəsulu həzrət  Məhəmməd (s) və həmçinin onun əzəmətli övladı Həzrət İmam Cəfər Sadiq (ə) dünyaya göz açıblar və Peyğəmbərin mövludu Uca Allahın bəşəriyyət üçün təyin etdiyi bütün nemətlərinin başlanğıcıdır .