Kənani: Nikbinik, atılan addımlar perspektivlidir
https://parstoday.ir/azeri/news/iran-i2200-kənani_nikbinik_atılan_addımlar_perspektivlidir
İran İslam Respublikasının XİN sözçüsü Azərbaycan səfirliyinin fəaliyyətini bərpa etməsilə bağlı Əmir Abdullahiyan ilə onun azərbaycanlı həmkarı arasında baş tutmuş son telefon danışığı barədə jurnalistləri məlumatlandırıb.
(last modified 2023-09-19T07:10:14+00:00 )
Sen 18, 2023 11:57 Asia/Baku
  • Kənani: Nikbinik, atılan addımlar perspektivlidir

İran İslam Respublikasının XİN sözçüsü Azərbaycan səfirliyinin fəaliyyətini bərpa etməsilə bağlı Əmir Abdullahiyan ilə onun azərbaycanlı həmkarı arasında baş tutmuş son telefon danışığı barədə jurnalistləri məlumatlandırıb.

Nasir Kənani bu barədə deyib: “Son iki-üç ay ərzində iki ölkə arasında müxtəlif nümayəndə heyətlərinin görüşü keçirildi. Bu nümayəndə heyətlərinin müzakirəsi iki ölkənin xarici işlər nazirləri arasında telefon danışığı və sonra Bakıda Qoşulmama Hərəkatının iclası çərçivəsində keçirilən görüş zamanı əldə edilmiş razılıq əsasında təşkil olundu. Bu isə hər iki ölkədə əlaqələrin normallaşması üçün siyasi iradənin mövcud olduğunu göstərir”.

N.Kənani qeyd edib ki, iki ölkə arasında gedən danışıqlar prosesi, eləcə də iki ölkənin təhlükəsizlik, məhkəmə-hüquq və iqtisadi sahələrdə apardığı danışıqlar ümidvericidir və irəliyə doğru istiqamətlənib.

O deyib: “Biz atılan addımların başa çatdırılması nəticəsində Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpasının şahidi olacağımıza nikbin yanaşır və bu prosesi perspektivli hesab edirik”.