Rusiya müdafiə naziri Sepah-ın aerokosmik nailiyyətləri üzrə daimi sərgidə olub
https://parstoday.ir/azeri/news/iran-i2252-rusiya_müdafiə_naziri_sepah_ın_aerokosmik_nailiyyətləri_üzrə_daimi_sərgidə_olub
Rusiya müdafiə naziri Sepah-ın aerokosmik nailiyyətləri üzrə daimi sərgisində olarkən 400 kilometrlik mənzilə malik «358» tipli PUA müdafiə raketi nümayiş etdirilib.
(last modified 2023-09-21T05:49:34+00:00 )
Sen 20, 2023 15:33 Asia/Baku
  • Rusiya müdafiə naziri Sepah-ın aerokosmik nailiyyətləri üzrə daimi sərgidə olub

Rusiya müdafiə naziri Sepah-ın aerokosmik nailiyyətləri üzrə daimi sərgisində olarkən 400 kilometrlik mənzilə malik «358» tipli PUA müdafiə raketi nümayiş etdirilib.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın aerokosmik qüvvələrində olan Rusiya müdafiə naziri ordu generalı Sergey Şoyqu bu qüvvələrin komandanı briqada generalı pasdar Əmir-Əli Hacızadə ilə görüşüb və sözügedən qüvvələrin strateji nailiyyətlərilə tanış olub.

Görüş zamanı Rusiya müdafiə naziri Sepah-ın aerokosmik qüvvələrində istehsal edilmiş raket, hava hücumundan müdafiə, PUA və sair sahələr üzrə müxtəlif tipli sistemləri nəzərdən keçirib.