İran Qərbin hərbi alyansının regionda mövcudluğunu ziyanlı sayır
Sen 20, 2023 15:49 Asia/Baku
Müdafiə naziri: NATO qüvvələrinin bölgədə olmasına imkan verməyəcəyik!
İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri briqada generalı Məhəmmədrza Aştiyani ABŞ-in Ermənistan-Azərbaycan münaqişəsinə girməsi və NATO qüvvələrinin bu regiona daxil olmasına zəmin yaradılması ilə bağlı irəli sürülən fərziyyələrə münasibət bildirib.
İranlı nazir deyib: “Biz heç vaxt regiondan kənarda heç kimin bölgənin məsələlərinə qarışmasına icazə verməyəcəyik. HəmçininbBölgədə hər hansı geosiyasi dəyişikliyi qəbul etmirik”.
General Aştiyani sonra İranın Ermənistan və Azərbaycana problemlərinin həllində yardım etdiyini vurğulayıb.