İslam İnqilabının Rəhbəri : Ölkənin gəncləri bütün problemləri həll edə bilər
İslam İnqilabının Ali Məqamlı Rəhbəri minlərlə gəncin istedadının çiçəklənməsini müqəddəs müdafiənin sevincli və ümidverici reallıqlarından biri hesab edərək, “Ölkə gəncləri bütün problemləri həll edə bilər” deyiblər.
İslam İnqilabının Rəhbəri ötən gün (çərşənbə günü) Müqəddəs Müdafiə fəalları, veteranlar, yardımçılar, yazıçılar, incəsənət xadimləri, şəhid ailələri və qabaqcıl insanlardan bir qrupu ilə görüşdə bildiriblər ki, Böyük İslam İnqilabı bənzərsiz bir fenomen idi, çünki o vaxta qədər dünyada həm dini, həm də xalq hökumətinin yaradılması ilə nəticələnən inqilab olmayıb və dünya zorbaları bu yeni sözü, yəni İslam Respublikası və dini demokratiya”nı məhv etmək istəyirdilər ki, Hələ də eyni məqsədi güdürlər.
Ali Məqamlı Rəhbərin xəbər və inofrmasiya portalının məlumatına görə, Ayətullah Xamenei deyiblər: Amerikalılar davamlı kəşfiyyat yardımı ilə yanaşı, təcavüzkarlara taktiki üsullar öyrədirdilər, fransızlar Səddamı ən qabaqcıl hava avadanlığı ilə təmin edirdilər, almanlar isə onu kimyəvi kütləvi qırğın silahi istehsal etmək üçün silahlandırırdılar. Keçmiş Sovet İttifaqının başçılıq etdiyi Şərq Bloku Səddama lazım olan bütün quru və hava dəstəyini, bölgə ərəbləri isə ona saysız-hesabsız pullar verirdilər.
İslam Respublikası və İran xalqının “imperialistlər, Səddam və regionun ərəb ölkələri ilə döyüşdə tək qaldığını qeyd edən İnqilabının Rəhbəri əlavə ediblər: “Millət belə qeyri-bərabər döyüşdə qələbə kürsüsündə dayanaraq öz böyüklüyünü və şöhrətini göstərdilər”.
İslam İnqilabının Böyük Rəhbəri sevimli İranın ərazi bütövlüyünün qorunub saxlanmasını və bir qarış torpağının belə bölünməməsini nailiyyətləridən hesab edib və deyiblər: Xalqın böyük imkanlarını üzə çıxarmaq müqəddəs müdafiənin ən mühüm nəticələrindən biridir. Əslində xalq müqəddəs müdafiə güzgüsündə özünün əzəmətini, potensialını kəşf etdi və inandı, çünki səkkiz il ərzində bütün düşmənlər ona qarşı birləşsələr də, heç nə edə bilmirdilər.
Ayətullah Xamenei daha sonra qeyd ediblər: “Bu çox mühüm uğurun nəticəsi olaraq Fələstində, Suriyada, İraqda və digər bölgələrdə dünya müqavimət anlayışı formalaşdı və təsdiq olundu və İran xalqının işi Asiya, Afrika və Latın Amerikasının müxtəlif bölgələrinin xalqları üçün nümunə oldu."
İslam İnqilabının Ali Məqamlı Rəhbəri özünə inam mədəniyyətinin yaranması və güclənməsini müqəddəs müdafiə möcüzəsi adlandırıb və deyiblər: “Qlobal zorakılıq müxtəlif səbəblərdən bizim mühüm bölgəmizə tamah salıblar və buna görə də İran İslam Respublikasının regiondakı mənəvi iştirakı və müqavimət mədəniyyətinin yüksəlişi Amerikanın və bəzi ölkələrin fəryadına səbəb olub. çünki xalqların müqaviməti onların qazanc əldə etməsinə mane olub”.