Rəisi: Əgər amerikalılar öz öhdəliklərini yerinə yetirsələr, yaxşı razılaşma əldə edəcəyik
İran İslam Respublikası prezidenti : Amerika və Avropa ölkələri öz razılaşmalarına əməl etsinlər.
İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasında iştirak etdikdən sonra Tehrana qayıdıb.
İran prezidenti seyid İbrahim Rəisi Nyu-York səfərinin sonunda mətbuat konfransında deyib: İran İslam Respublikası heç vaxt danışıqlar masasını tərk etməyib, lakin bəzi Qərb ölkələri və ABŞ yanlış hesablamalar və İrandakı iğtişaşlarla arxalanaraq danışıqlar masasını tərk etdilər, lakin bir müddət sonra iran milləti onları məqsədlərində uğursuzluğa düçar etdiklərini gördükdə yenidən danışıqlar masasına qayıtmağı xahiş etdilər.
Rəisi əlavə edib: İran İslam Respublikası hökuməti bu mövzuda İran xalqının hüquqlarını heç vaxt laqeyd qoymayacaq və birgə təşəbüs proqramındakı tərəflərinin əməli hərəkətini gözləyir.
İran Prezidenti Qarabağdakı münaqişələrlə bağlı da deyib: İran İslam Respublikası dəfələrlə bəyan edib ki, gərginlik və münaqişə regionun problemlərinin həlli yolu deyil və bu münaqişə Azərbaycan Respublikası və Ermənistanla qonşu olan İran kimi güclü ölkələrin vasitəçiliyi ilə həll edilə bilər.