İran İrəvan və Bakıya uçuşların qadağasını ləğv edib
Sen 21, 2023 08:33 Asia/Baku
Sülh və atəşkəs xəbərindən sonra İran ilə Azərbaycan Respublikası və Ermənistan arasında uçuşlar bərpa edilib.
“İrandan Ermənistan və Azərbaycana uçuşların qadağası Qarabağda sülhün və atəşkəsin bərqərar olması xəbərindən sonra ləğv edilib”.
Bu barədə İranın Mülki Aviasiya Təşkilatının sözçüsü bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Qarabağdakı hərbi əməliyyatlarla əlaqədar İran Mülki Aviasiya Təşkilatı növbəti bildirişə qədər İrandan Ermənistan və Azərbaycana uçuşları ləğv etdiyini açıqlamışdı.
Iranın Mülki Aviasiya Təşkilatının sözçüsü “Cəfər Yazerlo” Ermənistan və Azərbaycana uçuşlara icazə verildiyini açıqlayıb.