Qəribabadi İranda insan haqlarının vəziyyəti ilə bağlı hesabatı tənqid edib
İranın İnsan Haqları Qərargahının katibi BMT-nin İnsan Haqları Şurasının rəhbərinə ünvanladığı məktubda İranda insan haqlarının vəziyyəti ilə bağlı xüsusi məruzəçinin qərəzli mövqelərini və terrorçu qruplara dəstək verməsini tənqid edib.
İran Radio və Televiziyasının xəbər agentliyinin verdiyi məlumata görə, Kazım Qəribabadi BMT İnsan Haqları Şurasının sədri və BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığına ünvanladığı məktublarda bildirib. “Cavid Rəhman niyə İran xalqına qarşı genişmiqyaslı sanksiyaların tətbiqinə susur?
Cavid Rəhmanın ötən ilin iyulunda Britaniya parlamentinin iclasında iştirakına toxunan Qəribabadi əlavə edib: “Xüsusi məruzəçinin bu görüşdə iştirakı bir daha onun terrorizmi və terrorçuları dəstəklədiyini və İranda 17 min günahsız insanın qanına cavabdeh olan “Monafeqin” terror qruplaşması ilə sıx əlaqəsini göstərir. Bu həm də missiyanın nə qədər siyasiləşdiyini, insan hüquqlarından nə qədər uzaq olduğunu sübut edir”.
İranın İnsan Haqları Baş Qərargahının katibi “Monafeqin” terror qruplaşmasının cinayətlərinə toxunaraq əlavə edib: Münafiqlərin terror qruplaşmasının İran xalqına qarşı hərəkətləri insanlıq əleyhinə cinayət və soyqırımın bariz nümunəsidir və onlar öz çirkin və cinayət əməllərinə görə cavab verməlidirlər.