İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı: Beynəlxalq səhnədə uğurlu iştirakımız var
(last modified Sat, 23 Sep 2023 08:23:21 GMT )
Sen 23, 2023 12:23 Asia/Baku
  • İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı: Beynəlxalq səhnədə uğurlu iştirakımız var

İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı vurğulayıb: Bizim beynəlxalq səhnədə uğurlu iştirakımız var.

31-Şəhrivər (22 sentyabr) İranın münasibətlər təqvimində Müqəddəs Müdafiə Həftəsinin başlanğıc günüdür. Bu gündən bir həftə ərzində bütün İslami İranda müxtəlif mərasimlər keçirilir.

İRNA-nın məlumatına görə, admiral Şəhram İrani Bəndər Abbasda müqəddəs müdafiə həftəsi münasibətilə silahlı qüvvələrin nailiyyətləri sərgisinin açılışı zamanı deyib: İran xalqının onilliklər boyu birlik və qardaşlığa sadiq qalma təcrübəsi göstərdi ki, sui-qəsd, təhdid və sanksiyaların ölkəyə çox az təsiri var”.

Ordu Hərbi Dəniz Qüvvələrinin komandanı əlavə edib:: “Bir çox ölkələr 2 əsrdən artıqdır ki, uğur əldə etməyə çalışırlar, lakin hələ də İranın tərəqqisinə yetişməyiblər”.