"Nur 3" təsvir peyki uğurla buraxıldı
https://parstoday.ir/azeri/news/iran-i2372-nur_3_təsvir_peyki_uğurla_buraxıldı
İran İslam Respublikasının Rabitə və informasiya texnologiyaları naziri “Nur 3” təsvir peykinin uğurla orbitə buraxıldığını elan edib.
(last modified 2023-09-30T05:19:45+00:00 )
Sen 27, 2023 09:25 Asia/Baku

İran İslam Respublikasının Rabitə və informasiya texnologiyaları naziri “Nur 3” təsvir peykinin uğurla orbitə buraxıldığını elan edib.

Rabitə və İnformasiya Texnologiyaları Naziri İsa Zarepur virasty sosial şəbəkəsində “Nur 3” təsvir peykinin uğurla orbitə buraxıldığını elan edib.

Zarepur yazıb: İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin mütəxəssislərinin səyləri ilə İranın “qasid”adlı peyk daşıyıcı raketi vasitəsi ilə  “Nur 3” adlı təsvir peyki 450 km orbitdə uğurla yerləşdirilib.

Zarepur vurğulayıb: Bu il ölkənin kosmik sənayesi üçün məhsuldar il olacaq.