İran və Səudiyyə Ərəbistanı iki ölkə arasında ticarət əlaqələrinin aktivləşdirilməsini vurğulayır
https://parstoday.ir/azeri/news/iran-i2388-İran_və_səudiyyə_Ərəbistanı_iki_ölkə_arasında_ticarət_əlaqələrinin_aktivləşdirilməsini_vurğulayır
İran səfiri və Səudiyyə Ərəbistanı xarici işlər nazirinin siyasi müavini iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən ikitərəfli ticarət əməkdaşlıqlarının genişləndirilməsini vurğulayıblar.
(last modified 2023-09-30T07:00:01+00:00 )
Sen 29, 2023 07:55 Asia/Baku
  • İran və Səudiyyə Ərəbistanı iki ölkə arasında ticarət əlaqələrinin aktivləşdirilməsini vurğulayır

İran səfiri və Səudiyyə Ərəbistanı xarici işlər nazirinin siyasi müavini iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən ikitərəfli ticarət əməkdaşlıqlarının genişləndirilməsini vurğulayıblar.

İSNA-a görə, İran İslam Respublikasının Ər-Riyaddakı səfiri Əlirza Inayəti Səudiyyə Ərəbistanı xarici işlər nazirinin siyasi müavini Səud Əl-Sati ilə görüşündə , ikitərəfli və rregional məsələləri müzakirə  müzakirə edib və iki ölkə arasında ticarət əlaqələrinin aktivləşdirilməsini vurğulayıb.

İran və Səudiyyə Ərəbistanı, İraq və Omanın ev sahibliyi etdiyi iki illik  müzakirə və danışıqlardan sonra 10 mart 2023-cü ildə və Pekində iki ölkənin milli təhlükəsizlik qurumlarının rəsmiləri arasında bir neçə günlük görüş və danışıqlardan sonra, Tehran və Ər-Riyad arasında münasibətlərin normallaşdırılmasına dair bəyanat verdilər.

İki ölkə arasında diplomatik əlaqələr 2016-cı ildən kəsilmişdi.