Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi İranın Xarici İşlər Naziri görüşüb
https://parstoday.ir/azeri/news/iran-i2452-ermənistan_milli_təhlükəsizlik_Şurasının_katibi_İranın_xarici_İşlər_naziri_görüşüb
Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi İranın Xarici İşlər Naziri ilə görüşdə ikitərəfli əlaqələr və Cənubi Qafqazdakı hadisələr haqqında fikir mübadiləsi aparıb.
(last modified 2026-04-08T07:08:49+00:00 )
Okt 03, 2023 09:02 Asia/Baku
  • Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi İranın Xarici İşlər Naziri görüşüb

Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi İranın Xarici İşlər Naziri ilə görüşdə ikitərəfli əlaqələr və Cənubi Qafqazdakı hadisələr haqqında fikir mübadiləsi aparıb.

Fars xəbər agentliyinin məlumatına görə, Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bazar ertəsi İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian ilə görüşüb və iki ölkə arasında əlaqələrin genişləndirilməsini müzakirə edib.

Bazar günü Qriqoryan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla görüşüb. Tərəflər ikitərəfli münasibətləri, Qafqaz regionunda baş verənləri və beynəlxalq məsələləri müzakirə ediblər.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Qriqoryanla görüşündə Qafqaz regionunda baş verən son hadisələrə və regionda sülh və təhlükəsizliyin bərqərar olması üçün bütün tərəflərin səylərinin zəruriliyinə toxunaraq deyib: Regionun coğrafiyasında baş verən hər hansı dəyişiklik təhlükəsizlik, qeyri-sabitlik və gərginliyə səbəb olur.

Dünən jurnalistlərlə həftəlik görüşdə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Çafi, Ermənistan Təhlükəsizlik Şurasının katibinin Tehrana səfərini iki ölkə arasında  Cənubi Qafqazda baş verən hadisələr ilə bağlı təmaslar çərçivəsində həyata keçirildiyini bildirib və deyib: Ermənistan hökumətinin bu rəsmisinin İran İslam Respublikası rəsmiləri ilə söhbətində  regiondakı son vəziyyət və Ermənistan-Azərbaycan münasibətləri nəzərdən keçirilib.

Qriqoryanın Tehrana səfəri Qarabağ bölgəsində baş verən son hadisələrdən, atəşkəsin yaradılmasından və qondarma Dağlıq Qarabağ Respublikasının buraxılmasından sonra baş verir.

İran İslam Respublikası artıq dəfələrlə bəyan edib ki, şimal qonşuları ilə ortaq sərhədlərin təhlükəsizliyi çox önəmlidir və İran öz sərhədlərinin təhlükəsizliyini güclü şəkildə qoruyur.

Qafqaz regionunda baş verən son hadisələrdən sonra İran İslam Respublikası münaqişə tərəfləri ilə məsləhətləşmələr aparıb, o cümlədən İranın xarici işlər naziri Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə telefon danışığı aparıb. Bu günlərdə İranın diplomatik xidmətinin rəhbəri Nyu-Yorkda keçirilən BMT Baş Assambleyası çərçivəsində İran və Ermənistanın xarici işlər nazirləri ilə görüşüb.