Rəisi regionun sərhədlərinin və geosiyasətinin qorunub saxlanmasının vacibliyini vurğulayıb
İran İslam Respublikası prezidenti sərhədlərin və regionun geosiyasətinin qorunub saxlanmasının vacibliyinə toxunub və deyib: Xarici ölkələrin hər hansı bəhanə ilə bölgəyə ayaq açması region ölkələrindən heç birinin mənafeyinə uyğun deyil.
Iran prezidentinin informasiya portalına istinadən, İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Tehranda Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov ilə görüşündə iki ölkə arasındakı münasibətlərin mədəni ortaqlıqlara, tarixi və dərin dini inanclara əsaslandığını təsvir edib və deyib ki İran və Azərbaycan Respublikası müxtəlif və çoxsaylı imkanlara malikdirlər, onların mübadilələri iki ölkənin və iki xalqın maraqlarını təmin edir.
İran İslam Respublikasının prezidenti Tehran və Bakı arasında münasibətlərin səviyyəsinin yaxşılaşdırılmasını və iki ölkə arasında ixtilaf və münasibətləri pozmağa hesablanmış planlara qarşı durmağı zəruri hesab edib və regionda sabitliyin qorunub saxlanmasının və təşviqinin region ölkələrinin əməkdaşlığından və sinerjisindən asılı olduğunu bildirərək əlavə edib ki, İran İslam Respublikası Azərbaycan Respublikası və Ermənistanın güclü qonşusu kimi bu iki ölkənin fikir ayrılıqlarının və problemlərinin həllinə kömək etməyə tam hazırdır.
Sərhədlərin və regionun geosiyasətinin qorunub saxlanmasının vacibliyini vurğulayan Rəisi deyib ki, İran 3+3 formatında və ya Azərbaycan və Ermənistan arasında münasibətlərdə problemlərin həllinə və düyünlərin açılmasına kömək edə biləcək hər hansı digər forma və formatda regional danışıqları alqışlayır.
İran İslam Respublikası prezidenti vurğulayıb ki, region ölkələrinin bölgənin problemlərini həll etmək imkanı var və hər hansı bəhanə ilə xarici ölkələr ayağının bölgə açılması heç bir ölkənin xeyrinə deyil.
Bu görüşdə Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov ölkəsinin Tehrandakı səfirliyində baş vermiş hadisədən sonra İran İslam Respublikasının mövqeyini və prezidentin iki ölkə arasında münasibətlərin qorunmasında səmərəli rolunu yüksək qiymətləndirib və deyib ki, Azərbaycan Respublikası və İran ikitərəfli və regional əlaqələrin möhkəmləndirilməsi və dərinləşdirilməsi üçün böyük imkanlara malikdir.
Xələfov İran İslam Respublikasını regionun qüdrətli ölkəsi, ölkəsinin qonşusu və dostu adlandırıb və qeyd edib ki, Azərbaycan Respublikası regionun problemləri region ölkələri arasında əməkdaşlıq və dialoq yolu ilə həll olduğuna dərindən inanır və Başqa ölkələrin ayağı bölgəyə açılmamalıdır.
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi qeyd edib ki, Azərbaycan Respublikası regional əməkdaşlığın gücləndirilməsi və regional məsələlərin həlli istiqamətində istənilən dialoqu, xüsusilə 3+3 dialoqu formasında keçirilməsini alqışlayır.