İranın yol və şəhərsalma naziri Bakiya səfər edəcək
İranın yol və şəhərsalma naziri cümə günü Bakıya yola düşəcək.
İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş 6 oktyabrda bir sıra ikitərəfli layihələr üzrə müzakirələr aparmaq məqsədilə Azərbaycana səfər edəcək.
Aran Radiosunun məlumatına görə, 2 günlük səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və bir sıra rəsmiləri, o cümlədən Baş Nazirin müavini Şahin Mustafayev və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşü nəzərdə tutulur.
Səfər çərçivəsində İranla Azərbaycan arasında arasında Astara yük terminalının tikintisi, Astaraçay üzərində avtomobil körpüsünün, gömrük və sərhəd infrastrukturunun yaradılması kimi layihələrin icrası müzakirə ediləcək.
Səfər zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da yaxşılaşdırılması müzakirə olunacaq.