İranla Azərbaycan arasında kommunikasiya əməkdaşlığı genişlənir
https://parstoday.ir/azeri/news/iran-i2482-İranla_azərbaycan_arasında_kommunikasiya_əməkdaşlığı_genişlənir
Ağbənd avtomobil yolu körpüsünün təməli qoyulub
(last modified 2026-04-08T07:08:49+00:00 )
Okt 07, 2023 05:14 Asia/Baku
  • İranla Azərbaycan arasında kommunikasiya əməkdaşlığı genişlənir

Ağbənd avtomobil yolu körpüsünün təməli qoyulub

Zəngilanda Azərbaycan-İran avtomobil körpüsünün təməlqoyma mərasimi keçirilib.

İran İslam Respublikasının yol və şəhərsalma naziri və Azərbaycan Respublikası baş nazirinin müavininin iştirakı ilə Kəlalə-Ağbənd sərhəd rayonunda, Araz çayı üzərində Azərbaycan Respublikası ərazisini Naxçıvan Muxtar Respublikasına birləşdirəcək avtomobil və dəmir yolu körpülərinin tikinti işləri başlayıb.

İRNA-nın məlumatına görə, İran İslam Respublikasının yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş mərasim çərçivəsində jurnalistlərə açıqlamasında deyib: “Ümid edirik ki, 374 metr uzunluğunda olan bu körpü bir il ərzində tamamlanacaq”.

Bəzrpaş əlavə edib ki, bu körpünün icrası ilə eyni vaxtda, İran və Azərbaycanda gömrük idarəsinin tikintisinə də başlanacaq.

Onun sözlərinə görə, körpüdə nəqliyyat vasitələrinin hərəkət qabiliyyəti sutkada 1100 avtomobil təşkil edəcək və bu nəqliyyat vasitələri Azərbaycan ərazisinə Culfadadan daxil ola bilərlər. Bundan əlavə dəmir yolu xəttinin çəkilməsi də gündəmə daxil edilib və bu gün bu iş üçün ilkin razılıqlar hazırlanmışdır, avtomobil körpüsünün yaxınlığında dəmir yolu körpüsünün tikintisi reallaşacaqdır.

İran və Azərbaycanın Birgə İqtisadi Komissiyasının həmsədri vurğulayıb ki, həmin ərazidə dəmir yolu körpüsü tikiləcək və İslam Respublikasının yoldan istifadəyə etirazı yoxdur, lakin Culfada tranzit və ticarət mübadiləsinin həcmi də azalmamalıdır.