Kənani: Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin fəaliyyəti tezliklə bərpa olunacaq
https://parstoday.ir/azeri/news/iran-i2516-kənani_azərbaycan_respublikasının_tehrandakı_səfirliyinin_fəaliyyəti_tezliklə_bərpa_olunacaq
“Nasir Kənani”: Danışıqlar çərçivəsində Azərbaycan Respublikasının İrandakı səfirliyinin tezliklə fəaliyyətə başlaya biləcəyi ilə bağlı yekdil fikir var.
(last modified 2023-10-09T07:04:34+00:00 )
Okt 09, 2023 09:00 Asia/Baku
  • Kənani: Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin fəaliyyəti tezliklə bərpa olunacaq

“Nasir Kənani”: Danışıqlar çərçivəsində Azərbaycan Respublikasının İrandakı səfirliyinin tezliklə fəaliyyətə başlaya biləcəyi ilə bağlı yekdil fikir var.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bugünkü mətbuat konfransında deyib:  İran və Azərbaycan Respublikası arasında müştərək hərbi və müdafiə əməkdaşlığı və konstruktiv görüşlər çərçivəsində tərəflər  Xəzər dənizində birgə təlim keçirəcək.

Kənani Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin İrana səfərinə toxunaraq vurğuladı: Müxtəlif siyasi məsələlər və Qafqazda baş verən son hadisələr müzakirə olundu və bu hadisələrlə bağlı yaxşı məsləhətləşmələr aparıldı.

O qeyd edib: İran bu məsələdə Azərbaycan Respublikası və Ermənistana kömək etməyə hazırdır.