Əmir Abdullahyan Borrellə telefon danışığında: Fələstindəki vəziyyət Qərbin ikili standartlarının nəticəsidir
https://parstoday.ir/azeri/news/iran-i2540-Əmir_abdullahyan_borrellə_telefon_danışığında_fələstindəki_vəziyyət_qərbin_ikili_standartlarının_nəticəsidir
İranın xarici işlər naziri Avropa İttifaqının xarici siyasət rəsmisi ilə telefon danışığında işğal olunmuş Fələstin torpaqlarında mövcud vəziyyəti Qərb və Avropanın ikili standartlarının nəticəsi hesab edib.
(last modified 2026-03-20T08:20:48+00:00 )
Okt 10, 2023 05:14 Asia/Baku
  • Əmir Abdullahyan Borrellə telefon danışığında: Fələstindəki vəziyyət Qərbin ikili standartlarının nəticəsidir

İranın xarici işlər naziri Avropa İttifaqının xarici siyasət rəsmisi ilə telefon danışığında işğal olunmuş Fələstin torpaqlarında mövcud vəziyyəti Qərb və Avropanın ikili standartlarının nəticəsi hesab edib.

Ölkəmizin xarici işlər naziri Hüseyn Əmirabdollahian ötən gecə Avropa Birliyinin xarici siyasət rəsmisi Cozep Borrell ilə müzakirə və fikir mübadiləsi aparıb.

Əmir Abdullahian Netanyahu və sionist rejimin son aylarda Fələstin xalqına qarşı ifrat və qeyri-insani hərəkətlərinə toxunaraq, müqavimətin reaksiyasını bu cinayətlərə cavabın bir hissəsi kimi qiymətləndirib.

İsrail rejiminin fələstinlilərə qarşı sistematik cinayətlərinə Qərbin laqeyd münasibətini tənqid edən iran diplomatiya aparatının rəhbəri bildirib: Əgər Avropa və Qərb ikili standartlar olmadan Netanyahunun cinayətlərini dayandırsaydı, bəlkə də Fələstin bu vəziyyətin şahidi olmazdı.

Əmir Abdullahiyan fələstinlilərin hüquqlarını dəstəkləmək üçün beynəlxalq ictimaiyyətin səylərinin zəruriliyini vurğulayıb.

Avropa Birliyinin xarici siyasət rəsmisi də bu danışığda öz fikirlərini bildirib və deyib: Biz Netanyahunun davranışına tənqidi yanaşırdıq, lakin indi biz sülhün əldə olumasi üçün çalışmalıyıq.