İran və BƏƏ xarici işlər nazirləri Qəzzəni müzakirə etdilər
https://parstoday.ir/azeri/news/iran-i2576-İran_və_bƏƏ_xarici_işlər_nazirləri_qəzzəni_müzakirə_etdilər
BƏƏ-nin xarici işlər naziri Abdullah ibn Zayed Ali Nəhyan iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə telefon danışığında regionda baş verən proseslər və sionist rejim ilə Fələstin arasında gərginliyin artması və son durumu müzakirə edib.
(last modified 2023-11-19T09:35:21+00:00 )
Okt 12, 2023 15:33 Asia/Baku
  • İran və BƏƏ xarici işlər nazirləri Qəzzəni müzakirə etdilər

BƏƏ-nin xarici işlər naziri Abdullah ibn Zayed Ali Nəhyan iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə telefon danışığında regionda baş verən proseslər və sionist rejim ilə Fələstin arasında gərginliyin artması və son durumu müzakirə edib.

Bu telefon danışığında tərəflər vəziyyəti stabilləşdirmək üçün regional və beynəlxalq səyləri, eləcə də mülki əhalinin mövcud böhrandan qorunmasının vacibliyini müzakirə ediblər.

Danışıqda həmçinin Abdullah bin Zayed regionun təhlükəsizliyi və sabitliyi üçün gərginliyin davam edəcəyi təhlükəsinə toxunaraq, gərginliyin artması və region xalqları üçün ağır nəticələr doğuracağını bunun əsasında isə, ekstremizmə, zorakılığa son qoyulması məqsədilə bütün regional və beynəlxalq səylərin həmrəyliyinin vacibliyini bir daha vurğulayıb.

Əmir Abdullahian bu telefon danışığında sionist rejimin təcavüzünə qarşəılıq tədbirlərin görülməsi üçün İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin xarici işlər nazirlərinin təcili iclasının keçirilməsini vurğulayaraq “İran İslam və ərəb ölkələrinin Fələstin xalqına dəstək verməsinin lazım olduğunu diqqətə çatdırıb”