Rəisi Fələstindəki hadisələrlə bağlı Qətər əmiri və İraqın baş naziri ilə məsləhətləşib
İran İslam Respublikasının prezidenti Qətər əmiri və İraqın baş naziri ilə Fələstindəki hadisələrlə bağlı telefon danışığı aparıb.
İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi oktyabrın 14-də Qətər Əmiri Şeyx Təmim bın Həməd Ali-Sani ilə işğal altındakı Fələstindəki mövcud vəziyyət və Qəzzada vəziyyətlə bağlı telefon danışığı aparıb.
“İsna”-nın verdiyi xəbərə görə, Qətər əmiri İran prezidenti ilə telefon danışığında deyib: Qəzzada təhlükəsiz keçidlər yaratmaq və bu bölgə xalqına yardım etmək istəyirik.
Qətər əmiri əlavə edib: ölkəsinin Qəzzada mülki şəxslərin hədəf alınması və fələstinlilərin kollektiv şəkildə cəzalandırılması və köçkünləşdirilməsinin məhküm edilmsi ilə bağlı mövqeləri sabitdir.
Həmçinin Raisi və İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani işğal altındakı Fələstinin vəziyyətini müzakirə ediblər.
İraqın baş naziri və İran prezidenti Qəzzanın qeyri-insani blokadasının qaldırılmasının, mülki şəxslərin köçürülməsi üçün təhlükəsiz keçidlərin yaradılmasının və dərhal fələstinlilərə humanitar yardımların göndərilməsinin vacibliyini” vurğulayıblar.