İran İslam Əməkdaşlıq Təşkilatının Ciddədə keçiriləcək iclasında iştiraka dəvət olunub
İran İslam Əməkdaşlıq Təşkilatının Ciddədə keçiriləcək fövqəladə iclasında fəal iştirak edəcək-İran İslam Respublikasının xarici işlər naziri vurğulayıb.
İranın xarici işlər naziri Hüseyn Əmir-َAbdollahian bazar günü Dohadan yola düşməzdən əvvəl deyib: İran İslam Respublikası İslam Əməkdaşlıq Təşkilatının Ciddədə keçiriləcək fövqəladə iclasında iştirak etmək üçün dəvət olunub və İran bu iclasda fəal iştirak edəcək.
Bundan əvvəl İranın İslam Əməkdaşlıq Təşkilatındakı nümayəndəliyi İranın Fələstində baş verən hadisələrlə bağlı fikir mübadiləsi və konstruktiv danışıqlarla bağlı İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasına ev sahibliyi etməyə tam hazır olduğunu rəsmən bəyan etmişdi.
İran Press-in məlumatına görə, sionist rejimin Qəzzaya qarşı müharibəsinin davam etməsi ilə Hüseyn Əmir-Abdollahian ötən həftənin cümə axşamı günü İraqa səfərlə regional səfərinə başlayıb və İraqın baş naziri və xarici işlər naziri ilə görüşdükdən sonra Livana səfər edib.
Əmir-Abdullahianın səfərinin üçüncü istiqaməti Suriya olub.
Bu görüşlərdən sonra Əmir- Abdullahian Livana qayıdıb və Fələstin məsələsində müqavimətin mövqeləri, Əl-Əqsa tufanı əməliyyatı və sionist rejimin cinayətləri ilə bağlı xarici medianın suallarını cavablandırıb.
Əmir Abdullahiyan regional səfərlərinin son nöqtəsində Qətərə gedib və bu ölkənin əmiri ilə görüşüb söhbət edib.