İran: İsrailin aparteid müharibə cinayətlərinin sonu görünmür
Okt 18, 2023 05:30 Asia/Baku
İranın BMT-dəki daimi nümayəndəsi sionist rejimin Qəzza zolağındakı xəstəxanaya raket hücumundan sonra İsrailin fələstinlilərə qarşı aparteid müharibə cinayətlərinin sonu olmadığını vurğulayıb.
İranın BMT-dəki Daimi Nümayəndəliyi BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı bəyanatda bildirib ki, sionist rejimin aparteidinə son qoyulmalı və bu rejim törətdiyi soyqırım aktlarına görə cavab verməlidir.
Çərşənbə axşamı günü sionist işğalçılar Qəzzada xəstəxanaya raket hücumu edib və bu cinayət nəticəsində xəbər mənbələrinin verdiyi məlumata görə, bu xəstəxanada 1000-dən artıq fələstinli şəhid olub.