Rəisi: Əl-Müəmmədani Xəstəxanasının alovu sionistləri yandıracaq/İranda matəm elan olundu
https://parstoday.ir/azeri/news/iran-i2668-rəisi_Əl_müəmmədani_xəstəxanasının_alovu_sionistləri_yandıracaq_İranda_matəm_elan_olundu
İran prezidenti Seyid İbrahim Rəisi sionist rejimin Qəzzada Əl-Müəmmədani xəstəxanasına hücumda törətdiyi cinayətə cavab olaraq deyib: Əl-Məhəmməni xəstəxanasının alovu sionistləri yandırıb-yaxacaq.
(last modified 2026-04-08T07:08:49+00:00 )
Okt 18, 2023 05:42 Asia/Baku
  • Rəisi:  Əl-Müəmmədani Xəstəxanasının alovu sionistləri yandıracaq/İranda matəm elan olundu

İran prezidenti Seyid İbrahim Rəisi sionist rejimin Qəzzada Əl-Müəmmədani xəstəxanasına hücumda törətdiyi cinayətə cavab olaraq deyib: Əl-Məhəmməni xəstəxanasının alovu sionistləri yandırıb-yaxacaq.

Seyid İbrahim Rəisi çərşənbə axşamı sosial səhifəsində yazıb: Bu gecə Qəzzada Əl-Müəmmədani xəstəxanasında məzlum fələstinlilərin başlarına atılan Amerika-İsrail bombalarının alovu tezliklə sionistləri bürüyəcək.

İran prezidenti davam etdi: Hər hansı bir azad şəxsin bu hərbi cinayət qarşısında susması caiz deyil.

Rəisi əlavə edib: İran da İslam ümməti kimi matəmdədir və çərşənbə gününü ümum matəm günü elan edir.

Çərşənbə axşamı günü sionist işğalçılar Qəzzada Əl-Müəmdani xəstəxanasını bombalayıblar və bu cinayət əməli nəticəsində xəbər mənbələrinin verdiyi məlumata görə, bu xəstəxanada 1000-dən artıq fələstinli şəhid olub.

Sionist israil rejiminin bu cinayətini dünya ölkələri pisləyiblər.