İran Yəhudilərinin Baş Ravvini: Yəhudiliyin hesabı sionist rejimdən ayrıdır
https://parstoday.ir/azeri/news/iran-i2676-İran_yəhudilərinin_baş_ravvini_yəhudiliyin_hesabı_sionist_rejimdən_ayrıdır
İran yəhudilərinin baş ravvini prezidentin İctimai hüquq və azadlıqların təqibi üzrə köməkçisi ilə görüşündə vurğulayıb: Yəhudiliyin hesabı sionist rejimdən ayrıdır.
(last modified 2023-10-22T07:02:48+00:00 )
Okt 18, 2023 10:00 Asia/Baku
  • İran Yəhudilərinin Baş Ravvini: Yəhudiliyin hesabı sionist rejimdən ayrıdır

İran yəhudilərinin baş ravvini prezidentin İctimai hüquq və azadlıqların təqibi üzrə köməkçisi ilə görüşündə vurğulayıb: Yəhudiliyin hesabı sionist rejimdən ayrıdır.

Sionist rejimin cinayətləri son günlər, çərşənbə axşamı axşam saatlarında pik həddə çatıb və Qəzzanın mərkəzindəki Əl-Müəmmədani xəstəxanasına raket hücumu edib,bu cinayətdə çoxu qadın və uşaq olmaqla yüzlərlə günahsız insan şəhid olub.

Bu cinayətdən əvvəl və ötən günlərdə sionistlər üç mindən çox fələstinlini şəhid etmişdilər.

Bu gün (çərşənbə) prezidentin İctimai hüquq və azadlıqların təqibi üzrə köməkçisi Səkinə Sadatpad İranın Yəhudilər kinisəsində kəlimilər icmasının sədri ravvin Yunus Hamami Lalezar ilə  sionist rejimin Fələstinin mülki əhalisinə qarşı son hücumları barədə görüşüb və ondan dünya yəhudiləri adından sionist rejimin cinayətlərini məhküm etmək üçün bütün imkanlarından istifadə etməyini tələb edib.

Prezidentin köməkçisi beynəlxalq təşkilatların İctimai hüquq və azadlıqların təmin edilməsində roluna toxunaraq deyib: Beynəlxalq təşkilatlar təəssüf hissini ifadə etmək vəziyyətindən çıxıb ciddi addımlar atmalı və bu cinayətlərin dərhal dayandırılması üçün göstəriş verməlidirlər.

Bu görüşdə ravvin Həmami yəhudi icmasının sionist rejimin cinayətlərindən bəraətini elan edərkən, onu məhkum edib və bu anti-insani və insanlıq əleyhinə olan hərəkətləri insan haqları standartlarına zidd hesab edib.

Görüşün sonunda hər iki tərəfin birgə bəyanatı ilə sionist rejimin cinayətləri məhkum edilib.

Bəyanatda bildirilir ki, sionist rejimin son günlər törətdiyi cinayətlər onun son onilliklərdəki qeyri-insani və cinayət əməlləri kontekstində şərh edilməlidir.