“3+3” formatının xarici işlər nazirlərinin iclası sabah Tehranda keçirləcək
Okt 22, 2023 11:23 Asia/Baku
Azərbaycan Respublikası, Ermənistan, Rusiya, Türkiyə və İran xarici işlər nazirlərinin iştirakı ilə sabah (bazar ertəsi) Tehranda ikinci "3+3" görüşü keçiriləcək.
Xarici işlər nazirləri Cənubi Qafqaz regionunun problemlərini o cümlədən siyasi, iqtisadi, təhlükəsizlik, tranzit, enerji və s. məsələlər üzrə əməkdaşılığı müzakirə edəcəklər.
Bu regional qrupun yaradılmasının ən mühüm məqsədlərindən biri region ölkələrinin iştirakı ilə, regiondankənar və qərb ölkələrinin müdaxiləsi olmadan regionun problemlərini həll etməkdir və buna əsaslanaraq sabahki görüşdə Azərbaycan Respublikası ilə Ermənistan arasında sülhün yaranması gündəmdə olacaq.