İranın Azərbaycandakı səfiri: Qafqaz məsələlərində regiondankənar qüvvələrin iştirakı və müdaxiləsi qadağandır!
“3+3” formatının xarici işlər nazirlərinin iclası bu gun Tehranda keçirləcək
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi X (keçmiş Twitter) səhifəsində “3+3” (İran, Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan) təşəbbüsü xarici işlər nazirləri iclasının Tehranda keçirilməsini İran İslam Respublikasının qonşuluq siyasətinin davamı və tamamlanması istiqamətində böyük addım hesab edib.
səfir yazıb: “3+3 təşəbbüsü (İran, Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan) xarici işlər nazirləri iclasının Tehranda keçirilməsi İran İslam Respublikasının qonşuluq siyasətinin davam etdirilməsi və tamamlanması istiqamətində böyük addımdır. Regionçuluq və müxtəlif məqsədlər daşıyan regional mexanizmlərin formalaşması dünya nizamının ortaya çıxmaqda olan xüsusiyyətlərindəndir.”
O, sonda bildirib: “Mesaj: Regiondankənar qüvvələrin Qafqaz məsələlərində iştirakı və müdaxiləsi qadağandır!”
Qeyd edək ki, Azərbaycan Respublikası, Ermənistan, Rusiya, Türkiyə və İran xarici işlər nazirlərinin iştirakı ilə bu gun (bazar ertəsi) Tehranda ikinci "3+3" görüşü keçiriləcək.