Xarici işlər nazirlərinin “3+3” görüşünün keçirilməsi; Bu gün Tehranda
https://parstoday.ir/azeri/news/iran-i2742-xarici_işlər_nazirlərinin_3_3_görüşünün_keçirilməsi_bu_gün_tehranda
Azərbaycan Respublikası, Ermənistan, Rusiya, Türkiyə və İranın xarici işlər nazirlərinin iştirakı ilə bu gün (bazar ertəsi) Tehranda ikinci "3+3" görüşü keçiriləcək.
(last modified 2026-04-08T07:08:49+00:00 )
Okt 23, 2023 07:21 Asia/Baku
  • Xarici işlər nazirlərinin “3+3” görüşünün keçirilməsi; Bu gün Tehranda

Azərbaycan Respublikası, Ermənistan, Rusiya, Türkiyə və İranın xarici işlər nazirlərinin iştirakı ilə bu gün (bazar ertəsi) Tehranda ikinci "3+3" görüşü keçiriləcək.

İRNA-nın məlumatına görə, İran xarici işlər nazirinin təşəbbüsü ilə Rusiya, Türkiyə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ikinci “3+3” iclasında iştirak etmək üçün bu gün Tehranda bir araya gələcəklər.

Bu görüşdə Cənubi Qafqaz regionunun məsələləri və siyasi, iqtisadi, təhlükəsizlik, tranzit, enerji və s. sahələrdə regional əməkdaşlığın genişləndirilməsi səyləri müzakirə olunacaq.

Bu regional qrupun yaradılmasının ən mühüm məqsədlərindən biri region ölkələrinin iştirakı ilə, regiondankənar və qərb ölkələrinin müdaxiləsi olmadan regionun problemlərini həll etməkdir və buna əsaslanaraq Bu günkü görüşdə  Azərbaycan Respublikası ilə Ermənistan arasında sülhün yaranması gündəmdə olacaq.

Ermənistanın Baş naziri Nikol Paşinyan bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi “3+3” formatında görüşün keçirilməsinə razı olduğunu bildirib.

Paşinyan bu barədə deyib: “O zaman növbəti görüşün Tehranda “3+3” formasında keçirilməsi razılaşdırıldı. Biz bu formatda danışıqları davam etdirməyə hazırıq.”

Xarici işlər nazirlərinin müavinləri səviyyəsində “3+3”ün ilk görüşü ötən il Gürcüstanın iştirakı olmadan Moskvada keçirilib.

“3+3” görüşünün keçirilməsi 13-cü İran hökumətinin qonşuluq siyasəti və qonşular arasında dostluq əlaqələrinin genişləndirilməsi və regional problemlərin xarici müdaxilə olmadan həlli istiqamətində mühüm addım olacaq.