İran parlamentinin nümayəndə heyəti Bağdada səfər edib
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini “İbrahim Əzizinin başçılığı ilə İran İslam Respublikasının parlament heyəti çərşənbə axşamı gecəsi Bağdad hava limanına daxil olub.
İraq Parlamentinin Milli Təhlükəsizlik və Müdafiə Komissiyasının rəhbəri Abbas Əl-zamuli İran İslam Respublikası parlamentinin nümayəndə heyətinin Bağdad hava limanında qarşılanma mərasimində deyib: İran və İraqın bütün baxımdan çoxlu ortaq cəhətləri var. Bu ortaq cəhətlərdən ən bariz olanı , qanları terrorçular üzərində qələbəyə səbəb olan qələbənin komandirləri Hacı Qasım Süleymani və Əbu Mehdi Əl-Mühəndisin fədakarlığı və şəhadətidir.
Əl-zamuli bəyan edib: İran və İraq xalqları bütün sahələrdə, o cümlədən, mübarizə və cihadda qardaş hesab olunurlar və yan-yana dururlar və onların əməkdaşlığı İslam dünyasının mənafeyinə faydalıdır.
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvləri SEPAH-ın Qüds Qüvvələrinin komandanı Hacı Qasım Süleymaninin və İraq Xalq Səfərbərlik Qüvvələri Həşdüş-Şəbinin komandir müavini Əbu Mehdi Əl-Mühəndinin şəhadət yerində gedərkən orada bu şəhidlərin xatirəsinə Fatihə oxuyaraq ehtiramlarını bildiriblər.
Xatırladaq ki, şəhidlər Hacı Qasım Süleymani və Əbu Mehdi Əl-Mühəndis 3 yanvar 2020-ci il cümə günü səhər ABŞ ordusunun pilotsuz təyyarələri tərəfindən həyata keçirilən terror əməliyyatında şəhid olublar.
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası üzvlərinin bu gün (çərşənbə günü) İraqın Milli Təhlükəsizlik və Müdafiə Komissiyasının rəhbəri, parlamentin sədri və milli təhlükəsizlik müşaviri ilə görüşü və danışıqları planlaşdırılır.