İran və Çin əməkdaşlığın gücləndirilməsini vurğuladılar
İranın Çindəki səfiri və bu ölkənin mədəniyyət və turizm nazirinin müavini ikitərəfli əməkdaşlığın genişləndirilməsinə təkid ediblər.
İran İslam Respublikasının Radio və Televiziya Xəbər Agentliyinin məlumatına görə; İranın Çindəki səfiri "Möhsün Bəxtiyar" bu ölkənin Mədəniyyət və Turizm Nazirliyinin müavini “Lu Yinqçuan” ilə görüşdə Tehran və Pekin arasında müxtəlif sahələrdə,yaxşı münasibətlərə toxunaraq deyib: İran İslam Respublikası və Çin prezidentlərinin iki ölkənin paytaxtlarına səfəri və ikitərəfli əməkdaşlıq sənədlərinin imzalanması ilə iki ölkə arasında əlaqələrin səviyyəsi daha da inkişaf edib.
İran İslam Respublikasının bütün səlahiyyətli orqanları Tehran və Pekin əlaqələrinin genişləndirilməsi və dərinləşdirilməsi üzərində vurğulayırlar və iki ölkə arasında əldə olunan razılaşmalarla mədəniyyət, incəsənət və turizm sahəsində əməkdaşlıq əhəmiyyətli səviyyəyə yüksəldiləcək.-deyə İranın Çindəki səfiri əlavə edib.
Pekin və Tehran arasında tarixi və mədəni əlaqələrin çox güclü və qırılmaz olduğunu bildirən "Bəxtiyar" Çin və İran arasında çoxlu ortaq cəhətlərə görə film və sənədli filmlər istehsal etməklə iki ölkənin xüsusiyyətlərini müəyyən edib tanıtmağın mümkün olduğunu deyib.
Çinin Turizm Nazirliyinin mədəniyyət müavini də İran səfiri ilə görüşdən məmnunluğunu ifadə edib və deyib ki, Çin və İran uzaq keçmişdən bir-biri ilə yaxşı əlaqələrə malikdir və iki ölkənin rəsmiləri müxtəlif sahələrdə, xüsusən də mədəniyyət və turizm sahələrində əlaqələrin səviyyəsini inkişaf etdirməyə çalışırlar.
Ötən illərdə İran və Çin üç makro səviyyədə “siyasi-iqtisadi”, “təhlükəsizlik-müdafiə” və “geosiyasi-strateji” müstəvidə əlaqələrini genişləndirib və 25 illik strateji sənədin imzalanması bu prosesin başa çatdırılması istiqamətində mühüm addım olub.