İran prezidenti Qazaxıstanı milli bayram münasibətilə təbrik edib
https://parstoday.ir/azeri/news/iran-i2782-İran_prezidenti_qazaxıstanı_milli_bayram_münasibətilə_təbrik_edib
İran İslam Respublikasının prezidenti Qazaxıstanın milli bayramı münasibətilə Qazaxıstan hökuməti və xalqını təbrik edib.
(last modified 2023-10-26T05:44:56+00:00 )
Okt 25, 2023 09:26 Asia/Baku
  • İran prezidenti Qazaxıstanı milli bayram münasibətilə təbrik edib

İran İslam Respublikasının prezidenti Qazaxıstanın milli bayramı münasibətilə Qazaxıstan hökuməti və xalqını təbrik edib.

İran İslam Respublikasının Prezidenti Seyid İbrahim RəisiQazaxıstan Respublikasının Prezidenti Qasım-Comərd Tokayevə müraciətində onu

Müstəqillik günü və Qazaxıstanın milli bayramı münasibətilə təbrik edib . İran İslam Respublikası və Qazaxıstan Respublikası hər zaman qarşılıqlı hörmətə əsaslanan dostluq münasibətlərini qoruyub saxlamışdır.-deyə Prezident Rəisi vurğulayıb.

İran İslam Respublikası prezidenti ümidvar olduğunu bildirib ki, iki ölkənin əməkdaşlığı ilə İran və Qazaxıstan münasibətləri qarşılıqlı maraqlar və regional və beynəlxalq sülh və təhlükəsizliyin inkişafı istiqamətində daha da genişlənəcək.

1991-ci ildə Qazaxıstan müstəqillik əldə etdikdən sonra İran İslam Respublikası onu tanıyan və bu ölkənin paytaxtında səfirliyini açan ilk ölkələrdən biri olub və son 30 ildə İran və Qazaxıstan arasında iki xalqın tarixi, dini və mədəni ortaqlığına əsaslanan əlaqələr balanslaşdırılmış sürətlə inkişaf edir.