İran diplomatı: Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması Tehranın əsas siyasətidir
https://parstoday.ir/azeri/news/iran-i2820-İran_diplomatı_cənubi_qafqazda_sülh_və_sabitliyin_bərqərar_olması_tehranın_əsas_siyasətidir
İran İslam Respublikasının Tacikistandakı səfiri azərbaycanlı həmkarı ilə görüşündə son vaxtlar Tehranda keçirilən 3+3 formatında keçirilən regional iclası müzakirə edib və Fələstin xalqına dəstək üçün İslam ölkələrinin əməkdaşlığını vurğulayıb.
(last modified 2023-10-29T05:21:39+00:00 )
Okt 27, 2023 09:38 Asia/Baku
  • İran diplomatı: Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması Tehranın əsas siyasətidir

İran İslam Respublikasının Tacikistandakı səfiri azərbaycanlı həmkarı ilə görüşündə son vaxtlar Tehranda keçirilən 3+3 formatında keçirilən regional iclası müzakirə edib və Fələstin xalqına dəstək üçün İslam ölkələrinin əməkdaşlığını vurğulayıb.

 Aran Radiosunun İSNA-a  istinadən verdiyi məlumata görə, İranın Tacikistandakı səfiri Əlirza Həqiqian cümə axşamı Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin  Əskərov ilə görüşüb.

Bu görüşdə İran səfiri son vaxtlar Tehranda  3+3 formatında keçirilən regional iclasa toxunaraq, regional mexanizmlərin dəstəklənməsini və Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasını İran İslam Respublikasının əsas siyasəti hesab edib.

Qeyd edək ki, bazar ertəsi İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdollahianın təşəbbüs ilə Tehranda İran, Rusiya, Ermənistan, Türkiyə və Azərbaycan Respublikasının xarici işlər nazirlərinin Cənubi Qafqaz məsələləri ilə bağlı 3+3 formatında regional iclası keçirilib.

Bu bir günlük görüş zamanı iştirakçı xarici işlər nazirləri Cənubi Qafqaz regionunda baş verən son hadisələri nəzərdən keçirərkən  regionun bütün ölkələri arasında münasibətlərin normallaşması və inkişafının cari tendensiyalarına təkid edib, işğal olunmuş ərazilərdəki cari hadisələri müzakirə edib Və bununla bağlı ölkələrinin fikirlərini açıqlayıblar.

 Həqiqian və Əskərov görüş zamanı bu görüşdə regiondankənar ölkələrin regional işlərə qarışmamasını da vurğulayıblar.

İran səfiri sionist rejimin Fələstindəki qəddar və qeyri-insani hərəkətlərinin davam etməsinə toxunaraq, sionist işğalına qarşı məzlum Fələstin xalqına dəstək vermək üçün daha çox İslam ölkələrinin əməkdaşlığını vurğulayıb.