İran və Azərbaycan rəsmiləri Qəzza hadisələri ilə bağlı görüşüb
https://parstoday.ir/azeri/news/iran-i2840-İran_və_azərbaycan_rəsmiləri_qəzza_hadisələri_ilə_bağlı_görüşüb
İranın Azərbaycandakı səfiri və Azərbaycan Respublikası Prezidentinin köməkçisi müxtəlif məsələlər, o cümlədən sionist rejimin Qəzzada törətdiyi soyqırımla bağlı fikir mübadiləsi aparıblar.
(last modified 2023-10-29T05:21:48+00:00 )
Okt 29, 2023 04:48 Asia/Baku
  • İran və Azərbaycan rəsmiləri Qəzza hadisələri ilə bağlı görüşüb

İranın Azərbaycandakı səfiri və Azərbaycan Respublikası Prezidentinin köməkçisi müxtəlif məsələlər, o cümlədən sionist rejimin Qəzzada törətdiyi soyqırımla bağlı fikir mübadiləsi aparıblar.

Aran Radiosunun İRNA-a istinadən verdiyi məlumatına görə, İran İslam Respublikasının Azərbaycandakı səfiri  Seyid Abbas Musəvi və Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev fikir mübadiləsi aparıblar.

Görüşdə ikitərəfli münasibətlər, Cənubi Qafqaz regionunda baş verən proseslər , Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının perspektivləri barədə müzakirə aparıblar.

Həmçinin, görüşdə iki tərəf işğal olunmuş Fələstin ərazilərindəki mövcud hadisələr, xüsusilə də sionist rejimin Qəzzada törətdiyi soyqırım və İslam ölkələri arasında qarşılıqlı əlaqələrin zəruriliyi barədə də fikir mübadiləsi aparılıb.