Kənani: Qəzzada son vəhşi cinayətlər sionist rejimin hiyləgər sifətindən maskanı götürüb
https://parstoday.ir/azeri/news/iran-i2842-kənani_qəzzada_son_vəhşi_cinayətlər_sionist_rejimin_hiyləgər_sifətindən_maskanı_götürüb
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani : Sionistlərin Qəzzada son 23 gündə törətdiyi vəhşi cinayətlər Amerika rejiminin və sionist aparteid rejiminin digər açıq və gizli tərəfdarlarının əxlaqi tənəzzülünü bütün dünyaya göstərdi və onların hiyləgər sifətlərindən maskanı götürdü.
(last modified 2023-10-29T05:21:51+00:00 )
Okt 29, 2023 05:21 Asia/Baku
  • Kənani: Qəzzada son vəhşi cinayətlər sionist rejimin hiyləgər sifətindən maskanı götürüb

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani : Sionistlərin Qəzzada son 23 gündə törətdiyi vəhşi cinayətlər Amerika rejiminin və sionist aparteid rejiminin digər açıq və gizli tərəfdarlarının əxlaqi tənəzzülünü bütün dünyaya göstərdi və onların hiyləgər sifətlərindən maskanı götürdü.

Nasir Kənani şənbə gecəsi X səhifəsində yazıb: Oktyabrın 7-də bərpası mümkün olmayan məğlubiyyətdən sonra uşaq qətliam edən sionist rejiminin Qəzzada məzlum Fələstin xalqına qarşı törətdiyi dəhşətli və qeyri-insani cinayətləri bütün dünyada oyanmış insan vicdanları qarşısında bu rejimin daimi tənəzzülünə səbəb olub və onun qaçılmaz tənəzzülünü sürətləndirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib : Təbii ki, Qəzzada davam edən soyqırım faciəsində sionist rejim və onun havadarları üçün bütün yollar uğursuzluqla başa çatır.

Kənani X sosial şəbəkəsində başqa bir mesajda da yazıb: Sionist rejim ordusunun məğlubedilməzliyi əfsanəsi nəinki dünyanın, hətta sionist vətəndaşların gözündə də çöküb.

Uşaqları qətlə yetirən sionist rejimin cinayətkar liderləri öz ordularının imkanlarına o qədər inamsızdırlar ki,  Qəzzaya iddia edilən məhdud quru girişi ilə paralel olaraq bu bölgədə interneti kəsirlər ki, məğlub olan sionist ordusunun itkiləri, tələfatları və yerə yıxılmasının izləri dünyaya ötürülməsin.