İran İslam Respublikasının prezidentindən Türkiyəyə TƏBRİK
https://parstoday.ir/azeri/news/iran-i2850-İran_İslam_respublikasının_prezidentindən_türkiyəyə_tƏbrİk
İran İslam Respublikasının prezidenti mesajında ​​Türkiyəni Milli Bayram münasibətilə təbrik edib.
(last modified 2023-10-30T05:08:33+00:00 )
Okt 29, 2023 07:33 Asia/Baku
  •   İran İslam Respublikasının prezidentindən Türkiyəyə TƏBRİK

İran İslam Respublikasının prezidenti mesajında ​​Türkiyəni Milli Bayram münasibətilə təbrik edib.

İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi mesajında ​​Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümü və Milli Bayram münasibətilə dövlət başçısını və ölkə xalqını təbrik edib.

Aran Radiosunun məlumatına görə, “Rəisi” Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü və Milli Bayram münasibətilə prezident Rəcəb Tayyib Ərdoğan və ölkə xalqını təbrik edən mesajında ​​ iki ölkə arasında iqtisadi, siyasi və mədəni sahələrdə əlaqələrin inkişafı və dərinləşməsinə ümidvar olduğunu bildirib.

Prezident bu mesajında ​​həmçinin qeyd edib: İran İslam Respublikası və Türkiyə Respublikasının əməkdaşlığı və qarşılıqlı təfəkkürü iki xalqa bərəkət və dəyərli bəhrələr, region və dünya ölkələrinin sülh, sabitlik və rifahı üçün faydalı olacaqdır.