Əmir-Abdullahianın Qətər və Türkiyə səfəri; Bu gün
https://parstoday.ir/azeri/news/iran-i2876-Əmir_abdullahianın_qətər_və_türkiyə_səfəri_bu_gün
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian regional məsləhətləşmələrin yeni raundu çərçivəsində çərşənbə axşamı Qətər və Türkiyəyə səfər edəcək.
(last modified 2023-11-01T07:11:00+00:00 )
Okt 31, 2023 05:38 Asia/Baku
  • Əmir-Abdullahianın Qətər və Türkiyə səfəri; Bu gün

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian regional məsləhətləşmələrin yeni raundu çərçivəsində çərşənbə axşamı Qətər və Türkiyəyə səfər edəcək.

 Aran radiosu İRNA agentliyinə istinadla xəbər verir ki , bu görüşlər və məsləhətləşmələr Fələstindəki son hadisələrlə bağlı olacaq.

İran Xarici İşlər Nazirinin siyasi müavini Əli Baqiri bununla bağlı deyib: Plana əsasən, Əmir-Abdullahiyan Qətərə səfərindən sonra ehtimal ki, Türkiyənin rəsmiləri ilə görüşmək və Fələstindəki vəziyyəti müzakirə etmək  üçün bu ölkəyə gedəcək.

Sionist rejimin Qəzza zolağının yaşayış məntəqələrinə vəhşicəsinə hücumu ardıcıl dördüncü həftəyə daxil olub və Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, səkkiz mindən çox fələstinli şəhid olub, onların yarısı müdafiəsiz və məzlum fələstinli uşaqlardır.