Fələstinli qadın və uşaqlara qarşı qırğın, vəziyyəti nəzarətdən çıxaracaq
Fələstinlilərə qarşi qirğin durumu nəzarətdən çixara bilər!
İran xarici işlər naziri deyib: Xəbərdarlıq etmək istəyirəm ki, fələstinli qadın və uşaqlara qarşı qırğın, vəziyyəti nəzarətdən çıxaracaq. Amerikalı tərəf bu müharibəni kəskinləşdirmək istəyib-istəmədiyi barədə qərara gəlməlidir.
Hüseyn Əmir-Abdullahiyan İran İslam Respublikasının BMT-də yerləşən nümayəndəlik ofisində «Bloomberq» qəzeti ilə müsahibədə deyib: Amerika başqalarını təmkinli olmağa çağırır, amma özü tam şəkildə İsrailin tərəfini tutur. Əgər Amerika bu günədək etdiyi hərəkətləri davam etdirərsə, Birləşmiş Ştatlara qarşı yeni cəbhələr açılacaq.
«Bloomberq» öz reportajında İranın diplomatiya aparatının başçısına istinadla yazıb: Biz Suriyaya və ya regionun digər bölmələrinə yeni qüvvələr göndərməmişik. Amma hadisələrə sırf olaraq, nəzarətçi kimi yanaşmırıq. İran İslam Respublikası öz milli maraqlarına əsasən, hərəkət edəcək.
O, xəbərdarlıq edibdir ki, sionist rejimin Qəzzəyə qarşı quru hücumu İsrail üçün nəhs nəticələrə gətirib çıxaracaq.
Əmir-Abdullahiyan bildiribdir ki: Yeni cəbhələrin açılması qaçılmaz olacaq və İsraili yeni vəziyyət qarşısında qoyacaqdır ki, öz əməllərindən peşman olmuş olsun. Regionun durumu partlayış nöqtəsinə çatıb. Hər hansı hadisə baş verə və hər bir cəbhə açıla bilər.
«Bloomberq» İran xarici işlər nazirinə istinadən yazıb: O, Həmas-a tövsiyə edibdir ki, mülki məhbusları azad etsin.
O, əlavə edib: İraq və Suriyadakı Amerika qüvvələrinə hücum edən qruplar müstəqil şəkildə əməl edirlər.
Əmir-Abdullahiyan deyib: Onlar bizdən heç bir fərman və göstəriş almırlar. Amerika tərəfi iddia edir ki, onlar İranla əlaqədardırlar. Bu qruplar müstəqil şəkildə qərarlarını qəbul edirlər.