Putinin mesajı İran İslam Respublikasının prezidentinə təqdim edilib
https://parstoday.ir/azeri/news/iran-i2926-putinin_mesajı_İran_İslam_respublikasının_prezidentinə_təqdim_edilib
Rusiya prezidentinin xüsusi nümayəndəsi “Vladimir Putin”in İran İslam Respublikasının prezidentinə ünvanladığı mesajı Ali Milli Təhlükəsizlik Şurasının katibinə təqdim edib.
(last modified 2026-04-08T07:08:49+00:00 )
Noy 02, 2023 05:01 Asia/Baku
  • Putinin mesajı İran İslam Respublikasının prezidentinə təqdim edilib

Rusiya prezidentinin xüsusi nümayəndəsi “Vladimir Putin”in İran İslam Respublikasının prezidentinə ünvanladığı mesajı Ali Milli Təhlükəsizlik Şurasının katibinə təqdim edib.

Rusiya prezidenti “Vladimir Putin”in xüsusi nümayəndəsi “ Aleksandr Lavrentyev” Tehrana səfəri zamanı İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi “Əli Əkbər Əhmədian”la görüşüb və Rusiya prezidentinin mesajını İran İslam Respublikasının Prezidenti "Seyid İbrahim Rəisi"yə təqdim edilmək üçün  Ali Milli Təhlükəsizlik Şurasının katibinə təqdim edib.

 

Bu görüşdə bölgədəki son hadisələr, Qəzzadəki vəziyyət və bu hadisələrlə bağlı iki ölkə arasında əməkdaşlıq müzakirə edilib.

“ Lavrentyev” ötən gün həmçinin İran xarici işlər nazirinin siyasi məsələlər üzrə baş müşaviri Əli Əsgər Xaci ilə görüşüb və region və Suriyadakı son hadisələr, xüsusilə də sionist rejimin Qəzza məzlum xalqına qarşı cinayətləri barədə danışıb.

Tərəflər bu görüşdə Suriyadakı son hadisələri, o cümlədən son siyasi və sahə vəziyyətini və həmçinin Suriyada iqtisadi və humanitar vəziyyətin yaxşılaşdırılması, eləcə də siyasi prosesin davam etdirilməsi ilə bağlı hər iki tərəfin təşəbbüslərini müzakirə ediblər.