13 Aban; İran xalqının dünya imperializmi qarşısında müqavimət və qələbə simvoludur
https://parstoday.ir/azeri/news/iran-i2952-13_aban_İran_xalqının_dünya_imperializmi_qarşısında_müqavimət_və_qələbə_simvoludur
Bu gün, abanın 13-ü, noyabrın 4-ü, İran İslam Respublikasında "dünya imperializmi ilə milli mübarizə günü"dür.
(last modified 2023-11-05T06:10:24+00:00 )
Noy 04, 2023 06:38 Asia/Baku
  • 13 Aban; İran xalqının dünya imperializmi qarşısında müqavimət və qələbə simvoludur

Bu gün, abanın 13-ü, noyabrın 4-ü, İran İslam Respublikasında "dünya imperializmi ilə milli mübarizə günü"dür.

44 il öncə belə bir gündə ( 1358-ci hicri şəmsi ili 13 aban, 1979-cu milad ili 4 noyabr) iranlı universitet tələbələri Amerikanın İran islam inqilabına qarşı ayrı-ayrı məkirli planlarına qarşı etiraz əlaməti olaraq Amerikanın Tehrandakı səfirliyini (casusluq yuvası) ələ keçirdilər.

İslami İranın xalqı hər il bu günü qeyd edərək, əzəmətli ümumölkə aksiyasında özünün milli birliyi və islami vəhdətini nümayiş etdirir. İran xalqı bu aksiyada İslam İnqilabının müraciətini, yəni "istiqlal, azadlıq və İslam Respublikası!" şüarını səsləndirir.

13 aban, İran İslam İnqilabının tarixindən üç həssas dövrdə üç mühüm hadisəni xatırladır.

Bu üç mühüm hadisə, "Həzrət İmam Xomeyni (r.ə)-in 1964-cü ilin 4 noyabrında Türkiyəyə sürgün edilməsinin ildönümü günü", 1978-ci ildə pəhləvi rejimi tərəfindən məktəblilərin qırğın edilmələri və məktəbli günü və Amerikanın Tehrandakı casusluq yuvası olan səfirliyinin İran İslam Respublikasının banisi İmam Xomeyni(r.ə)-in siyasi kursunun davamçıları olan tələbələr tərəfindən 1979-cu ildə ələ keçirilməsi üzrə inqilabi hərəkətidir. Bunların hər birisi İran xalqının dünyanın zalım qüvvələri ilə mübarizə prosesində bir dönüş nöqtəsidir.

İranın daxili işlər naziri Əhməd Vəhidi sionist rejimin ABŞ-ın dəstəyi ilə cinayətlər törətdiyini bəyan edib və deyib: “Bu il 13 Aban (4 noyabr) tarixində sionist rejim və Amerikaya onların Fələstin xalqına qarşı törətdikləri cinayətlərə görə bütün nifrətimizi nümayiş etdirəcəyik.

13 aban " dünyanın zalım qüvvələri ilə milli mübarizə günü" mərasimi İranın mindən çox şəhərində keçirilir.