İranın Azərbaycan Respublikasındakı səfiri sionist rejimin səfirinin cəfəngiyatına cavab verib
https://parstoday.ir/azeri/news/iran-i2958-İranın_azərbaycan_respublikasındakı_səfiri_sionist_rejimin_səfirinin_cəfəngiyatına_cavab_verib
İranın Azərbaycan Respublikasındakı səfiri sionist rejimin səfirinə müracıətində, sionistlərin hörümçək torundan da zəif olduqlarını bildirərək deyib: Unutma ki, əgər İran müdaxilə edərsə, bu dəfə Nil çayının əvəzinə Aralıq dənizində dəfn olunacaqsınız.
(last modified 2023-11-05T06:10:28+00:00 )
Noy 04, 2023 10:29 Asia/Baku
  • İranın Azərbaycan Respublikasındakı səfiri sionist rejimin səfirinin cəfəngiyatına cavab verib

İranın Azərbaycan Respublikasındakı səfiri sionist rejimin səfirinə müracıətində, sionistlərin hörümçək torundan da zəif olduqlarını bildirərək deyib: Unutma ki, əgər İran müdaxilə edərsə, bu dəfə Nil çayının əvəzinə Aralıq dənizində dəfn olunacaqsınız.

Bu gün sionist rejimin qəfil “Əqsa tufanı” əməliyyatına cavab olaraq Qəzza zolağının hədəfə alınmasının 29-cu günüdür. Yaşayış evləri, xəstəxanalar, məscidlər, kilsələr və s. bu rejimin hücumlarından qorunmayıb və əlavə olaraq, sionistlər Qəzzanın mühasirəsini daha da sərtləşdiriblər.

Bu müddət ərzində 9 mindən çox Qəzza sakini şəhid olub, 23 mindən çox insan isə yaralanıb.

Cümə gecəsi (noyabrın 3-ü) İsrail qırıcıları bir neçə xəstəxana və tibb mərkəzini, o cümlədən Əş-Şifa xəstəxanasının qapısı və ətrafını bombalayıb, nəticədə 15 fələstinli şəhid olub, onlarla insan yaralanıb.

Bu cinayətlərə və Fələstində sionistlərin soyqırımına baxmayaraq, bu rejim ordusunun sözçüsü son vaxtlar verdiyi açıqlamada etiraf edib ki, Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) “qüdrətli düşməndir” və nəhəng raket arsenalına malikdir; Onun döyüşçüləri hazırdır və illərdir təlim keçirirlər.

Eyni zamanda sionist rejimin Bakıdakı səfiri HƏMAS-a qarşı  cəfəngiyat səsləndirib və bu, İranın Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvinin kəskin cavabı ilə qarşılanıb.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri sionist rejimin Bakıdakı səfirinə ünvanladığı mesajda deyib: Bu mərhələdə sizə ancaq HƏMAS-ın cəsur döyüşçüləri kifayətdir.

Sionistləri Hörümçək torundan da zəif olduqlarını bildirən Musəvi deyib: Unutma ki, bir gün İran müdaxilə etsə, bu dəfə Nil çayının yerinə Aralıq dənizində basdırılacaqsınız.

İranlı diplomat sionist rejimin səfirinə xitabən deyib ki, sizin xilas yolunuz yoxdur və əlavə edib: İndi bütün dünya sizə qarşıdır. Müsəlman, Azərbaycanın  qeyrətli xalqı bütün dünya xalqları kimi siz irqçi işğalçılara nifrət edir.

Sionist rejimin Bakıdakı səfiri “Corc Dik” X sosial şəbəkəsində “Qəzzadən gələn səslər: bizim əsl düşmənimiz Həmasdır” videosu yerləşdirib.