Həmas-ın siyasi bürosunun sədri İslam İnqilabının Böyük Rəhbərinin qəbulunda olub
https://parstoday.ir/azeri/news/iran-i2988-həmas_ın_siyasi_bürosunun_sədri_İslam_İnqilabının_böyük_rəhbərinin_qəbulunda_olub
Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın siyasi bürosunun sədri və onu müşayiət edən nümayəndə heyəti İslam İnqilabının Böyük Rəhbəri- Həzrət Ayətullahuluzma Xamenei ilə görüşüblər.
(last modified 2023-11-07T06:57:19+00:00 )
Noy 06, 2023 04:54 Asia/Baku
  • Həmas-ın siyasi bürosunun sədri  İslam İnqilabının Böyük Rəhbərinin qəbulunda olub

Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın siyasi bürosunun sədri və onu müşayiət edən nümayəndə heyəti İslam İnqilabının Böyük Rəhbəri- Həzrət Ayətullahuluzma Xamenei ilə görüşüblər.

Həmas-ın siyasi bürosunun sədri- İsmayıl Həniyyə bu görüşdə son Qəzza hadisələri, sionist rejimin Qəzzadakı cinayətləri, həmçinin  İordan çayının qərb sahilində baş verən hadisələr barədə məlumat verib.

İslam İnqilabının Böyük Rəhbəri də bu görüşdə bir daha Qəzzənin dayanıqlı əhalisinin müqaviməti və səbrini yüksək dəyərləndiriblər.

Bəzi Qərb ölkələri və Amerikanın birbaşa dəstəkləri ilə həyata keçən sionist rejimin cinayətlərindən son dərəcə təəssüf ifadə edən İnqilab Rəhbəri İran İslam Respublikasının sionist işğalçılar qarşısında Fələstin müqavimət qüvvələrini himayə istiqamətindəki həmişəki siyasətinə təkid ediblər.

Həzrət Ayətullahuluzma Xamenei həmçinin islami ölkələrin və beynəlxalq təşkilatların ciddi hərəkəti,/ həmçinin islami dövlətlərin Qəzza əhalisinə hərtərəfli və real dəstək vermələri zərurətini vurğulayıblar.