Daşkənddə İƏT liderlərinin 16-cı sammiti keçiriləcək
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Daşkənddə keçiriləcək 16-cı sammitinin gündəliyi açıqlandı
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) noyabrın 8-9-da Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək 16-cı sammitində ticarət-iqtisadi, investisiya, nəqliyyat-kommunikasiya və humanitar əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunacaq.
Aran Radiosu, Özbəkistan KİV-ə istinadla xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
İƏT-ə üzv ölkələrin liderləri təşkilatın fəaliyyətinin təkmilləşdirilməsini də müzakirə edəcəklər.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sədrliyi ilə keçiriləcək tədbirdə İran İslam Respublikası, Azərbaycan Respublikası, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Türkiyənin dövlət və hökumət başçılarının iştirakı gözlənilir.
Görüş çərçivəsində Özbəkistan prezidentinin bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.