İranın yol və şəhərsalma naziri: Türkmənistan İranın strateji tərəfdaşıdır
https://parstoday.ir/azeri/news/iran-i3142-İranın_yol_və_şəhərsalma_naziri_türkmənistan_İranın_strateji_tərəfdaşıdır
İranın yol və şəhərsalma naziri Türkmənistanı İran İslam Respublikasının strateji tərəfdaşı adlandırıb.
(last modified 2023-11-19T09:31:18+00:00 )
Noy 18, 2023 08:35 Asia/Baku
  • İranın yol və şəhərsalma naziri: Türkmənistan İranın strateji tərəfdaşıdır

İranın yol və şəhərsalma naziri Türkmənistanı İran İslam Respublikasının strateji tərəfdaşı adlandırıb.

Aran Radiosu İRNA-a istinadla xəbər verir ki, İranın yol və şəhərsalma naziri Mehrdad Bazarpaş cümə günü Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşündə deyib: Türkmənistan Mərkəzi Asiyayanın qapısı, şərq-qərb və şimal-cənub dəhlizlərinə çıxış yoludur.

İranın yol və şəhərsalma naziri Türkmənistanın açıq sulara çıxışı olduğununa toxunaraq deyib: İran İslam Respublikası qonşularının açıq sulara çıxışı üçün xüsusi imkanlar təmin edib.

İran və Türkmənistanın Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının sədri iki ölkə arasında tranzit daşıma xərclərinin aradan qaldırılması istiqamətində əməkdaşlıqları vurğulayaraq əlavə edib: Xüsusilə nəqliyyat və enerji sahəsində texniki mühəndislik xidmətləri ikitərəfli mexanizm qurularaq artırılmalıdır.

Texniki və mühəndislik xidmətlərinin verilməsi, elektrik nəqli xətlərinin çəkilməsi, sərhəd bazarlarının inkişafı və s. iki ölkənin rəsmiləri tərəfindən vurğulanır.-deyə İranın yol və şəhərsalma naziri əlavə edib.

İran və Türkmənistanın iqtisadi əməkdaşlıq üzrə müştərək komissiyası cümə günü, noyabrın 17-də Aşqabadda İran İslam Respublikasının yol və şəhərsalma naziri və Türkmənistanın xarici işlər nazirinin iştirakı ilə öz işinə başlayıb.

Dəmir yolu tranziti və daşımaları, sərhəd bazarları, İki ölkə arasında qaz mübadiləsi, elektrik enerjisi mübadiləsi, ticarət və investisiya, bank və maliyyə məsələləri İran İslam Respublikası və Türkmənistannın 17-ci İqtisadi Əməkdaşlıq Komissiyasının gündəliyində olan məsələlərdəndir.

Bu gün (şənbə) axşam saatlarında bu sammitin sonunda iki ölkə arasında əməkdaşlıq sənədlərinin imzalanması nəzərdə tutulur.

Həmçinin, dünən Türkmənistanın paytaxtı Aşqabadda İranın “İran layihəsi” adlı 15-ci ixtisaslaşdırılmış sərgisi açılıb.