İran sionistlərin «Əlfaxurə» məktəbindəki cinayətkarcasına hərəkətini pislədi
https://parstoday.ir/azeri/news/iran-i3164-İran_sionistlərin_Əlfaxurə_məktəbindəki_cinayətkarcasına_hərəkətini_pislədi
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi uşaq qatili olan İsrail rejiminin Cibalia şəhərində yerləşən Əl-Faxurə və Təl-Zəətər məktəblərində yüzlərlə fələstinlini cinayətkar, dəli və vəhşicəsinə qırğın etməsini kəskin şəkildə pisləyib.
(last modified 2023-11-20T06:54:29+00:00 )
Noy 19, 2023 13:27 Asia/Baku
  • İran sionistlərin «Əlfaxurə» məktəbindəki cinayətkarcasına hərəkətini pislədi

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi uşaq qatili olan İsrail rejiminin Cibalia şəhərində yerləşən Əl-Faxurə və Təl-Zəətər məktəblərində yüzlərlə fələstinlini cinayətkar, dəli və vəhşicəsinə qırğın etməsini kəskin şəkildə pisləyib.

Nasir Kənani dünən gecə deyib: Təəssüflər olsun ki, dünya ölkələrinin və beynəlxalq təşkilatların Qəzzə zolağı və qərb sahilində Fələstin xalqına qarşı soyqırımı qarşısındakı hərəkətsizlikləri nəticəsində qəsbkar sionist rejim hər gün mənzillərdə, didərginlərin müvvəqqəti məskunlaşma məkanlarında tam alçaqlıq və vəhşiliklə fələstinlilərə, xüsusən qadın və uşaqlara qarşı yeni kütləvi qırğın və hərbi cinayətlər törədir.

Kənani cinayətkar İsrail rejiminin məzlum və müdafiəsiz Fələstin xalqına qarşı aşkar və vəhşicəsinə soyqırımı qarşısında islami ölkələrin təcili və çəkindirici hərəkətləri xüsusiyyət təşkil etməklə dünya ictimaiyyətinin məsuliyyət qəbul etməsini istəyib.

Belə bir halda, Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın siyasi bürosunun sədri İsmayıl Həniyyə dünən gecə sionist rejimin didərginlərin yerləşdikləri məkandakı məktəblərdə törətdiyi vəhşicəsinə cinayətlərdən sonra bir qrup regional və beynəlxalq rəsmi və liderlə telefonla söhbət edib və Fələstin xalqına qarşı qırğının durdurulması üçün ciddi fəaliyyətin göstərilməsini istəyibdir.