«Fəttah 2» hipersəs raketinin təqdimatı olub
https://parstoday.ir/azeri/news/iran-i3166-fəttah_2_hipersəs_raketinin_təqdimatı_olub
İran İslam Respublikası Silhalı Qüvvələrinin ali baş komandanının iştirakı ilə «Fəttah 2» hipersəs raketinin təqdimatı olub.
(last modified 2023-11-20T06:54:30+00:00 )
Noy 19, 2023 13:28 Asia/Baku
  • «Fəttah 2» hipersəs raketinin təqdimatı olub

İran İslam Respublikası Silhalı Qüvvələrinin ali baş komandanının iştirakı ilə «Fəttah 2» hipersəs raketinin təqdimatı olub.

Bu təqdimat, İran İslam Respublikası Silhalı Qüvvələrinin ali baş komandanı İslam İnqilabı Keşikçiləri Korpusunun aerokosmik qüvvələrinin nailiyyətləri sərgisində olarkən həyata keçirilib.

Sürüşmə qabiliyyətinə malik olan «Fəttah 2» hipersəs raketi hipersəs silahlar qrupunda təsnif edilir.

Dünyanın yalnız dörd ölkəsi, o sıradan İran İslam Respublikası bu tip hipersəs silahlar texnologiyasına malikdirlər.

Qeyd edək ki, İran İslam Respublikası Silhalı Qüvvələrinin ali baş komandanı Həzrət Ayətullahuluzma Xamenei bu gün səhər «Aşura» aerokosmik elm və fənlər universitetində olublar. O həzrət İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın aerokosmik qüvvələrinin son nailiyyətlərini nəzərdən keçiriblər.