Kənani: Sionist rejim müqavimət qrupundan strateji məğlubiyyət aldığını qəbul edə bilmir
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü : Sionist rejim müqavimət qrupundan strateji məğlubiyyətə uğradığını qəbul edə bilmir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü "Nasir Kənani" bu gün (bazar ertəsi) həftəlik mətbuat konfransında sionist rejimin İrana qarşı ittihamlarına İranın reaksiyası və Yəməndə bu rejimə məxsus gəminin ələ keçirilməsində İranın əli olduğu iddiası barədə deyib: "Bu ittihamlar sionist rejimin üzləşdiyi ağır şərtlərdən irəli gəlir".
Kənaninin sözlərinə görə: Amerikanın sionist rejimin cinayətlərinə dəstəyinin davam etməsi ilə bağlı dünyanın müxtəlif ölkələrində sionist rejimin cinayətlərinə qarşı geniş müxalifət dalğası göstərir ki, Dünya xalqları Qəzzada baş verənlərdən narazıdır və müharibənin dayandırılmasını istəyir.
Kənani həmçinin deyib: Amerika Konqresinin nümayəndələri bu illər ərzində göstərdilər ki, onlar Amerika millətinin hüquq və mənafeyinin müdafiəçisi olmaqdan daha çox sionist rejimin müdafiəçisidirlər və Amerika xalqının mənafeyini sionist rejimin maraqlarına qurban verirlər.
Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin deyib: Beynəlxalq təşkilatlar, o cümlədən Təhlükəsizlik Şurası üzərinə düşən vəzifələri lazımi şəkildə yerinə yetirə bilmədi və İslam ölkələri Qəzza xalqına dəstək üçün bir çox tədbirlər görə bilər.
Kənani Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın zənginləşdirilmiş ehtiyatlarının miqdarı ilə bağlı iddia edilən hesabatı haqqında da deyib: İranın sülhməramlı fəaliyyəti Agentliklə əməkdaşlıq, Beynəlxalq hüquqda müdafiə və Nüvə silahlarının yayılmaması müqaviləsi (NPT) çərçivəsində həyata keçirilir və bu əməkdaşlıq davam edir.
Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Beynəlxalq təşkilatlar sionist rejimin qeyri-qanuni nüvə imkanlarına görə məsuliyyət daşıyır və xüsusilə bu rejim bəşəriyyətə qarşı cinayət törətməkdə heç bir qırmızı xəttə əməl etmədiyini göstərdi.
Kənani əlavə edib: Agentliyin də öhdəlikləri var və öz vəzifələrini yerinə yetirməlidir, buna görə də İran və Beynəlxalq Atom Enerjisi Agentliyinin əlaqələri davamlıdır.
Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin amerikalıların İran və Azərbaycan Respublikası arasındakı əlaqələrlə bağlı bəyanatlarına da toxunub: Amerikalılar ağızlarından çox böyük-böyük danışırlar, Amerikanın İranın qonşuları ilə dostluq münasibətlərinə qarışmağa haqqı yoxdur, yaxşı olar ki, Amerika regional işlərə qarışmağı dayandırsın.-Kənani əlavə eddib.