Sionist rejim regional və beynəlxalq sülh və təhlükəsizliyə qarşı bir təhdiddir
https://parstoday.ir/azeri/news/iran-i3206-sionist_rejim_regional_və_beynəlxalq_sülh_və_təhlükəsizliyə_qarşı_bir_təhdiddir
Kimyəvi və atom bombaları kimi kütləvi qırğın silahları ilə təchiz edilmiş sionist rejim mütləq şəkildə regional və beynəlxalq sülh və təhlükəsizliyə qarşı bir təhdiddir.
(last modified 2024-05-23T04:11:48+00:00 )
Noy 22, 2023 06:53 Asia/Baku
  • Sionist rejim regional və beynəlxalq sülh və təhlükəsizliyə qarşı bir təhdiddir

Kimyəvi və atom bombaları kimi kütləvi qırğın silahları ilə təchiz edilmiş sionist rejim mütləq şəkildə regional və beynəlxalq sülh və təhlükəsizliyə qarşı bir təhdiddir.

Bunu İran prezidenti BRİKS üzvlərinin Qəzzə əhalisinə dəstək istiqamətində keçirilən növbədənkənar iclasında vurğulayıb.

Seyid İbrahim Rəisi təşkilata üzv dövlətlərin başçılarına xitabən söyləyib: Hər şeydən daha pisi, Amerikanın və Qərbin fələstinlilərə qarşı soyqırımına və fələsinli uşaqların öldürülməsinə hərtərəfli şəkildə dəstək vermələridir. İndiyədək Qəzzə əhalisindən on dörd min nəfərdən çox insan, həmçinin beş min beş yüz məzlum uşaq qanına qəltan edilib.

O, deyib: Bundan artıq zülm olmaz ki, Amerika, İngiltərə, Almaniya və Fransa Qərb gücləri kimi hər gün İsrail rejiminə müxtəlif tipli silah və bombalar göndərir, həm də atəşkəsə qarşı çıxırlar.